15 həyətdən su sayğacı oğurlayanlar ələ keçib

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətlərdən su sayğacı oğurlayan şıxslər saxlanıb.

Bakıda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətlərdən su sayğacı oğurlayan şıxslər saxlanıb. Onların Bakı şəhər sakinləri Mahir Bayturayev və Fuad Mustafayev olduğu müəyyən edilib. Araşdırma zamanı bəlli olub ki, onlar ötən il dekabrın 30-dan cari il fevralın 9-dək olan müddətdə paytaxt ərazisindəki 15 evin həyətindən su sayğaclarını oğurlayıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31