Yararsız ət məhsulları paytaxta hansı yollarla daxil olur?

Son vaxtlar bölgələrdən Bakıya mənşəyi bəlli olmayan heyvan ətləri, eləcə də ölmüş heyvanların cəmdəklərinin, xarab olaraq tamamilə mikroblaşmış ət məhsullarının gətirilməsi hallarına tez-tez rast gəlinir. Mütəmadi olaraq müvafiq qurumların bununla bağlı reydlər keçirildiyi, onların zərərsizləşdirildiyi barədə kütləvi informasiya vasitələrindən məlumatlar yer alır. Rəsmi məlumatlara əsasən təkcə ötən il 23,5 ton bu cür ət məhv edilib. Amma hələ də bu kimi neqativ hallara rast gəlinir. Bəs görəsən bu problemin qarşısını tamamilə almaq nədən mümkün olmur və işbazlar paytaxta hansı yollarla üz tuta bilirlər? Və Cinayət Məcəlləsində bu kimi yaramaz işlərlə məşğul olan şəxslər barəsində hansı cəzalar nəzərdə tutulur?

İstifadəyə yararsız olan ətlərin az bir hissəsi müəyyən edilərək zərərsizləşdirilir

Son vaxtlar bölgələrdən Bakıya mənşəyi bəlli olmayan heyvan ətləri, eləcə də ölmüş heyvanların cəmdəklərinin, xarab olaraq tamamilə mikroblaşmış ət məhsullarının gətirilməsi hallarına tez-tez rast gəlinir. Mütəmadi olaraq müvafiq qurumların bununla bağlı reydlər keçirildiyi, onların zərərsizləşdirildiyi barədə kütləvi informasiya vasitələrindən məlumatlar yer alır. Rəsmi məlumatlara əsasən təkcə ötən il 23,5 ton bu cür ət məhv edilib. Amma hələ də bu kimi neqativ hallara rast gəlinir. Bəs görəsən bu problemin qarşısını tamamilə almaq nədən mümkün olmur və işbazlar paytaxta hansı yollarla üz tuta bilirlər? Və Cinayət Məcəlləsində bu kimi yaramaz işlərlə məşğul olan şəxslər barəsində hansı cəzalar nəzərdə tutulur?

Hüquqşünas Rövşən Məmmədli deyir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsin 200-cü maddəsi bu cür əməllərin cinayət hesab edilməsi və günahkarın cəzalandırılmasına tam əsas verir: "Belə ki "İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma" adlanan bu maddənin birinci hissəsi 200.1-də nəzərə tutulur ki, xeyli miqdarda aldatma zamanı 5 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər üzrə cəzalandırılır. 200.2. Eyni əməllər təkrar törədildikdə; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə 200.2.2, küllü miqdarda ziyan vurmaqla törədildikdə (200.2.3) 5 min manatdan 7 min manatadək cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma, müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə, 6 ayadək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır. 200.3. Bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır vurulmasına səbəb olduqda 7 min manatdan 9 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edillir. Əgər xalqa yararsız ət məhsullarını satanlara bu maddə tətbiq olunsa, başqaları da bundan ibrət götürər və xalqımıza ərzaq xidmətinə uyğun gəlməyən bu iyrənc əməllərə son qoyular". Hüquqşünas onu da diqqətə çatdırıb ki, istifadə üçün yararsız olan heyvan ətləri paytaxta gizli yollarla gətirilir. Onun sözlərinə görə, bu kifayət qədər qorxulu tendensiyadır: "Deməli polis və baytarlarımız tərəfindən istifadəyə yararsız olan ətlərin çox cüzi hissəsi müəyyən edilərək götürülür. Yaranmış vəziyyət Bakıya bu cür yararsız ətlərin 100 min tonlarla gətirilməsinə əsas verir ki, bu da insanlarımızın sağlamlığına çox böyük təhlükədir. Eyni zamanda Bakıya təşrif gətirən qonaqlarımızın haqqımızda yanlış düşünmələrinə kifayət qədər əsas yaradır. Xalqımız dünyada bəlk də ən çox halal ətə, təmiz kəsilmiş ətə, halal heyvanın ətinə yüksək qiymət verən xalqdır. Bəs belə olan tərzdə içimizdən çıxan Allahından dönmüş, pul qazanmaq üçün hər cürə alçaqlığa gedən adamların kəndlərdə at, eşşəyi kəsməsi, tullanmış heyvanların cəsədlərini toplayıb ət şəklində Bakıya gətirmələrinə nə üçün belə dırnaqarası yanaşılır? . Düzdür, belə ətlər ələ keçirilən kimi məhv edilir. Bu çox yaxşı haldır. Ancaq o ətləri Bakıya daşıyan və Bakıda bu ətləri qəbul edib paytaxt sakinlərinə çatdıranlar tam müəyyən edilib cəzalandırılmır. Bu da həmin şəbəkənin yenə də fəaliyyətdə olmasına şərait yaradır". Hüquqşünas deyib ki, həmin yararsız ətlərin çox hissəsi kolbasa, sosiska hazırlanan sexlərə, dönər şəbəkələrinə və qəssablara verilir: "Qəssablar da başqa ətin içində həmin yararsız məhsulları müştərilərə satırlar. Kolbasa, sosidkalar həm xalqa satılır, həm iaşə müəssisələrinə verilir. Xüsusilə şadlıq evlərində süfrələri "bəzəyir". Bakıda bəzi vəzifəli şəxslərin nəzarətində olan həmin kolbasa sexlərindən şadlıq evlərinin kolbasa alması məcburidir. Çünki şadlıq evlərinə həmin kolbasaları almaq barədə plan qoyulub. Nəticə etibarilə şadlıq evlərinin qonaqları da həmin kolbasaları yeməyə sanki, məcbur edilir". Rövşən Məmmədli deyib ki, paytaxta yararsız ət daşıyan mafiyanın kökü kəsilməlidir: "Bu digərlərinə də dərs ol abilər..Ancaq çox təəssüflər olsun bu şəxslər cəzasız qalırlar. Anlamaq olmur niyə belə edirlər. Yararsız ətləri məhv etməklə məsələ bitmir. Bu işi təşkil edənlər mütləq cəzalandırılmalıdırlar. Əks təqdirdə insanlar arasında ciddi xəstəlikləriin sayı artacaq".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31