Gündəm
Taleh Bağırov apelyasiya şikayəti verdi
Nardaran hadisələrində təqsirləndirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilən "Müsəlman birliyi" adlanan təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və digər 16 nəfər məhkəmənin hökmündən apelyasiya şikayəti veriblər.
Azercell Təhsil Nazirliyi ilə anlaşma memorandumu imzaladı
Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan Azercell Telekom MMC bu qəbildən növbəti təşəbbüsə qoşuldu. Belə ki, Təhsil Nazirliyində Azercell Telekom MMC-nin də rəsmi tərəfdaşı olduğu SABAH Karyera Akademiyasının təqdimatı baş tutdu.
Torpaq vergisinin hesablanması asanlaşıb
Vergilər Nazirliyi tərəfindən Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslərin və müəssisələrin torpaq vergisinin hesablanması üçün zəruri olan torpağın təyinatı, coğrafi baxımdan yerləşdiyi ərazi, keyfiyyəti, torpaq vergisinin dərəcəsi və güzəşt hüququ kimi məlumatlara əsasən, torpaq vergisinin hesablanma mexanizmini özündə əks etdirən hesablayıcı-kalkulyator hazırlanıb. Bu barədə nazirlikdən “Olaylar”a məlumat verilib.
“Xalqlar Dostluğu” stansiyası təmir edilir
Bakı metropoliteninin “Xalqlar dostluğu” stansiyasının keçidlərində mərmər divar üzlükləri, həmçinin mozaik döşəmə üzlükləri uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 1989-cu il aprelin 28-də istismara verilən “Xalqlar dostluğu” stansiyasının keçidlərinin estetik görünüşü köhnəlib, mərmər və döşəmə üzlüklər sıradan çıxıb.
Səhiyyə Nazirliyi bəzi dərmanların uşaqların ölümünə səbəb olması barədə yayılan xəbərlərə münasibət bildirib
Səhiyyə Nazirliyi bəzi dərman preparatlarından 3-12 yaşlı 12 uşağın ölümünə səbəb olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Nazirlikdən verilən cavabda bildirilib ki, Azərbaycanda belə hal qeydə alınmayıb: "Yayılan xəbərlər yanlışdır və həqiqətə uyğun deyil. Bu xəbərlər müxtəlif dövrlərdə və ölkələrdə həmin dərmanların əks təbliğatını aparmaq üçün yayılan spamlar-viruslardır".
Tramp İngiltərəni bir-birinə qatdı - Spikeri qovurlar
İngiltərə Parlamentinin spikeri Trampa qarşı söylədiyi fikirlərə görə vəzifəsindən azad edilir. Nümayəndələr Palatasının spikeri Con Berkovun vəzifəsindən uzaqlaşdırılması üçün düyməyə basılıb. Bunun səbəbi barədə məlumat vermişdik: ABŞ-ın yeni prezidentinin İngiltərəyə gözlənilən rəsmi səfəri zamanı onun Parlamentdə çıxış etməsinə yol verməyəcəyini bəyan edən Nümayəndələr Palatasının spikeri Con Berkov (John Bercow) bu bəyanatı ilə mövcud hökuməti və Mühafizəkarlar Partiyası üzvlərinin bəzilərini qəzəbləndirmişdi.
Ermənilər seçim qarşısında: ya Tanrı, ya da şeytan
Bu il Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri Tanrı və şeytan arasında olacaq.
Ruhani: "Bu, Ağ evdəkilərə mesajdır..."
İran xalqının İslam İnqilabının ildönümündə küçələrə çıxması Ağ evə cavabdır. bunu İslam İnqilabının 38-ci ildönümü münasibətilə keçirilən mitinqdə danışan İran prezidenti Həsən Ruhani deyib.
İkiyə bölünmüş Azərbaycan - Türkmənçay müqaviləsinin il dönümüdür
Azərbaycanı şimal və cənub olmaqla iki yerə bölən Türkmənçay müqaviləsindən 189 il ötür. Türkmənçay kəndində general İvan Paskeviç və şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib.
Qız övladları olan valideynlər cərimələnə bilər, əgər...
Azərbaycanda uşaqlarını asılı vəziyyətdə saxlayan, qız uşaqlarına qarşı ayrı-seçkilik edən valideynlərlə bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələrin edilməsi təklif edilir.
Evliliyinin altıncı ayında şəhid olan pilot - Əbu Bəkrin həyat hekayəsi - VİDEO
Aprel döyüşləri zamanı şəhid olan pilotumuz Əbu Bəkr İsmayılovun doğum günüdür. Yaşasaydı, bu gün qəhrəman pilotumuzun 27 yaşı olacaqdı. Qəhrəman şəhid pilotumuz haqqında hazırlanan yazını təqdim edir:
Rusiya səfiri: “Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşdırılması üçün səylərimizi davam etdirəcəyik”
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək".
Parisi partlatmaq istəyən terrorçular tutuldular
Fransanın hüquq mühafizə orqanları ölkənin cənubundakı Ero departamentində keçirdiyi antiterror əməliyyatları zamanı dörd nəfəri saxlayıb.
Hərbi icmalçı: “Rəsmi Bakı sərt mövqe nümayiş etdirməlidir”
“Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edən bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunmasında ən vacib məqam vətəndaşı olduğu ölkələrin eksdradisiya məsələsinə loyal və anlaşılan münasibət bəsləmələri oldu. Bu Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi deməkdir”. Bunu hərbi siyasi icmalçı Ramil Məmmədli deyib.
Toğrul Allahverdili : “Seperatçı rejim bloggerin müdafiəsində hər cür yola əl ata bilərdi”
“Üç dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşinin Azərbaycanın işğal olunmuş ərazilərində səfər etməsi Azərbaycan qanunvericiliyinə, və beynəlxalq hüquq normativlərinə zidd idi”. Bunu Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.














