“Xalqlar Dostluğu” stansiyası təmir edilir 

Bakı metropoliteninin “Xalqlar dostluğu” stansiyasının keçidlərində mərmər divar üzlükləri, həmçinin mozaik döşəmə üzlükləri uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 1989-cu il aprelin 28-də istismara verilən “Xalqlar dostluğu” stansiyasının keçidlərinin estetik görünüşü köhnəlib, mərmər və döşəmə üzlüklər sıradan çıxıb.

Bakı metropoliteninin "Xalqlar dostluğu" stansiyasının keçidlərində mərmər divar üzlükləri, həmçinin mozaik döşəmə üzlükləri uzun müddət istismar edildiyindən onların dəyişdirilməsi zərurəti yaranıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, 1989-cu il aprelin 28-də istismara verilən "Xalqlar dostluğu" stansiyasının keçidlərinin estetik görünüşü köhnəlib, mərmər və döşəmə üzlüklər sıradan çıxıb. "Bakı Metropoliteni" QSC sədrinin müvafiq tapşırığı əsasında, fevralın 10-dan "Xalqlar dostluğu" stansiyasının keçidlərində divar və döşəmə üzlüklərinin dəyişdirilməsi işlərinə başlanılıb. Təmir işləri metropolitenin daxili imkanları hesabına müəssisəyə daxil olan strukturlar tərəfindən aparılır. Layihəyə uyğun olaraq, təmir zamanı stansiya keçidlərində üzlüklərin dəyişdirilməsindən əvvəl kommunikasiya xətlərinin yenilənməsi üçün müvafiq tədbirlərin görülməsi, divarlarda yararsız vəziyyətə düşmüş mərmər örtük, həmçinin mozaik döşəmə üzlüklərinin dəyişdirilməsi mərhələlərlə yerinə yetiriləcək. Təmirin may ayına yekunlaşdırılması planlaşdırılır.

Keçidlərin təmiri müddətində sərnişinlərin stansiyadan istifadəsinə heç bir məhdudiyyət qoyulmayacaq. Sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün gediş-gəlişə mane olmadan iş görülən sahə müvəqqəti hasara alınacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31