Torpaq vergisinin hesablanması asanlaşıb
Vergilər Nazirliyi tərəfindən Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslərin və müəssisələrin torpaq vergisinin hesablanması üçün zəruri olan torpağın təyinatı, coğrafi baxımdan yerləşdiyi ərazi, keyfiyyəti, torpaq vergisinin dərəcəsi və güzəşt hüququ kimi məlumatlara əsasən, torpaq vergisinin hesablanma mexanizmini özündə əks etdirən hesablayıcı-kalkulyator hazırlanıb. Bu barədə nazirlikdən “Olaylar”a məlumat verilib.
10 Fevral 2017 16:22 SosialVergilər Nazirliyi tərəfindən Azərbaycan ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslərin və müəssisələrin torpaq vergisinin hesablanması üçün zəruri olan torpağın təyinatı, coğrafi baxımdan yerləşdiyi ərazi, keyfiyyəti, torpaq vergisinin dərəcəsi və güzəşt hüququ kimi məlumatlara əsasən, torpaq vergisinin hesablanma mexanizmini özündə əks etdirən hesablayıcı-kalkulyator hazırlanıb. Bu barədə nazirlikdən "Olaylar"a məlumat verilib. Məlumatda bildirilir ki, xidmətdən istifadə etmək üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsində hər hansı formada qeydiyyatdan keçməyə ehtiyac yoxdur. İstənilən şəxs proqramı öz şəxsi kompüterinə yükləməklə sərbəst şəkildə istifadə edə bilər.