Toğrul Allahverdili : “Seperatçı rejim bloggerin müdafiəsində hər cür yola əl ata bilərdi”

“Üç dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşinin  Azərbaycanın işğal olunmuş ərazilərində səfər etməsi Azərbaycan qanunvericiliyinə, və beynəlxalq hüquq normativlərinə zidd  idi”. Bunu Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

"Üç dövlətlərin vətəndaşlığını daşıyan Aleksandr Lapşinin  Azərbaycanın işğal olunmuş ərazilərində səfər etməsi Azərbaycan qanunvericiliyinə, və beynəlxalq hüquq normativlərinə zidd  idi". Bunu Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Ekspert  qeyd edib ki, üç ölkənin vətəndaşlığını daşıyan Lapşinin Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazi bütövlüyünə qarşı qərəzli yazılar yazması separatçı rejimin dünyada təbliği məqsədilə sosial şəbəkələrdə təbliği tərəfimizdən dəfələrlə görülüb.

Toğrul Allahverdilinin  sözlərinə görə, Lapşin öz yazılarında işğalçı Ermənistanın  maraqlarına xidmət etdiyini hər zaman biruzə versə də, bu gün erməni lobbisi  bu həqiqətləri gizlətməyə və Azərbaycan diplomatiyasının uğuruna ləkə yaxmağa çalışır: "Lapşin haqqında bir neçə qapalı fikirlər səsləndirilsə də, hazırda bu məsələ işğalçı Ermənistan hakimiyyətini  narahat edir. Buna görədir ki, beynəlxalq hüquq normalarını dəfələrlə pozmağa cəhd edən seperatçı rejim, bu gün bloqerin müdafiəsində hər cür yola əl ata bilərdi.

Nümayəndəliy rəhbəri  əlavə edib ki,  Lapşin Azərbaycana Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycana ekstradisiya edilib. Onun Bakıya güclü mühafizə altında gətirilməsi də səbəbsiz deyil: "Lapşin Bakıya DTX əməkdaşlarının güclü mühafizəsi altında bütün dünyaya bəlli olan Ermənistanın mümkün cinayətkar əməllərinin qarşısının alınması məqsədi ilə gətirilib. A.Lapşinə qarşı törədilə biləcək hər hansı cinayətin və ya özünə qəsd cəhdlərinin qarşısının alıması məqsədi ilə onun xüsusi qrup tərəfindən Bakıya gətirilməsi başa anlaşılandır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31