Ermənilər seçim qarşısında: ya Tanrı, ya da şeytan
Bu il Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri Tanrı və şeytan arasında olacaq.
10 Fevral 2017 16:10 DünyaBu il Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri Tanrı və şeytan arasında olacaq. Bunu Erməni milli konqresi parlament fraskiyasının sədriLevon Zurabyan deyib.
O xatırladıb ki, qarşıdan gələn parlament seçkiləri birbaşa keçirilən yeganə ümumrespublika seçkiləridir.
"İndi heç kimin həvəsdən düşməyə ixtiyarı yoxdur və düşünməlidir ki, hakimiyyət taleyini millətlə müəyyən edəcək. Ona görə görə də heç bir halda hökumətin adamlarına təslim olmaq lazım deyil. Onlar seçicilərin səslərini almaq istəyəcəklər". - deyə Zurabyan bildirib.
Qeyd edək ki, Levon Zurabyan Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın müttəfiqidir. Bu barədə Milli.Az istipress-ə istinadən xəbər verir.