Parisi partlatmaq istəyən terrorçular tutuldular
Fransanın hüquq mühafizə orqanları ölkənin cənubundakı Ero departamentində keçirdiyi antiterror əməliyyatları zamanı dörd nəfəri saxlayıb.
10 Fevral 2017 15:33 DünyaBiri 16 yaşlı qızdır
Fransanın hüquq mühafizə orqanları ölkənin cənubundakı Ero departamentində keçirdiyi antiterror əməliyyatları zamanı dörd nəfəri saxlayıb. Onların arasında 16 yaşlı qız da var.
Qeyd olunub ki, həmin şəxslər Parisdə turistlərin sıx olduğu yerdə terror aktı törətməyi planlaşdırırmışlar. Saxlanılan şəxslərin evində partlayıcı maddələr aşkar edilib. Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31