Rusiya səfiri: “Ermənistan və Azərbaycanın mövqelərinin yaxınlaşdırılması üçün səylərimizi davam etdirəcəyik”

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək".

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Ermənistan və Azərbaycanın mövqelərini yaxınlaşdırmaq üçün addımlar atmağa davam edəcək".

Bunu TASS-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib. 
"2016-cı ilin aprelində Dağlıq Qarabağda təmas xəttində 4 günlük müharibədən sonra vəziyyətin normallaşması üçün bir sıra addımlar atılıb. Təəssüf ki, bu günədək silahlı insidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in müşahidəçiləri missiyasının genişləndirilməsi haqqında əldə olunan razılıq həyata keçirilməyib", - deyə diplomat söyləyib.
 

Diplomat qeyd edib ki, Rusiya Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarıdır: "Biz bu münaqişənin sülh yolu ilə həllinə alternativ görmürük və ATƏT-in Minsk qrupundan olan tərəfdaşlarımızla birlikdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik".  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31