İş və xidmət sahələrində özbaşnalıq hökm sürür

Ölkəmizin iqtisadi və sosial həyatında müşahidə olunan inkişaf meyilləri davam edir, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı getdikcə artır. Bütövlükdə isə bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını getdikcə möhkəmləndirir.

Vətəndaşlara dəyən ziyana görə heç kim məsliyyət daşımır
 

Ölkəmizin iqtisadi və sosial həyatında müşahidə olunan inkişaf meyilləri davam edir, istehsal və xidmət sahələrində qazanılan uğurların sayı getdikcə artır. Bütövlükdə isə bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını getdikcə möhkəmləndirir. Həyata keçirilən iqtisadi siyasətin ən mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişafının müasir mərhələsində ərzaq təhlükəsizliyi probleminin həllinə nail olmaq üçün mal və xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsidir. Nəzərə alsaq ki, ölkədə formalaşan inkişaf meyilləri ölkənin istehlak bazarında və xidmət sahələrində ciddi canlanmaya səbəb olmuşdur, onda bu məsələ aktuallığını daha da artırır. Bütün bunlar bir daha göstərir ki, istehlak bazarında dinamik inkişaf var və bu dönməz xarakterlidir. Bu sahədə həyata keçirilən tədbirlər əhaliyə keyfiyyətli və təhlükəsiz yeyinti məhsullarının çatdırılmasını təmin etməli, iş görülməsi və xidmət göstərilməsində mövcud standartlara əməl edilməsinə imkanlar yaratmalıdır. Lakin araşdırmalar deməyə əsas verir ki, hələ də iş görülməsi və xidmət göstərilməsi zamanı icraçıların öz öhtəliklərinə əməl etməməsi ilə bağlı istehlakçıların hüquqlarının pozulması hallarına rast gəlinir. Belə ki, verilən sifarişlərin vaxtında və lazımi keyfiyyətdə yerinə yetirilməməsi, göstərilən xidmət zamanı qüsur və ya saxtalaşdırmaya yol verilməsi istehlakçıların haqlı narazılığına səbəb olur. Araşdırmalar zamanı bəlli olub ki, əksər iş və xidmət sahələri həftənin şənbə və bazar günləri istirahət rdirlər. Hansı ki, işləyən vətəndaşlar öz problemlərini yalnız bu günlərdə çözmək imkanı əldə edirlər. Bir çox hallarda xidmət sahəlrinə müraciətin "astarı üzündən baha başa gəlir". Məsələn, paytaxtda satılan 3 manatlıq saatın "batareykasını" yenisi ilə əvəz etmək 5 manata, 5 manata alınmış köynəyin daraldılması 6-7 manata, ayaqqabı təmiri 12-15 manata ba.a gəlir. Bu siyahını istənilən qədər uzatmaq olar, çünki, xidmət sahələri üçün qiymət məhdudiyəti yoxdur. Məslə orasındadır ki, hazırda bu sahələrdə peşəkarlar çalışmadıqlarından görülən iş və xidmətin keyfiyyəti həddindən artıq aşağı olur. Demək olar ki, paytaxtda müasir texniki avadanlıqlarının təmirindən başı çıxan ustaları barmaqla saymaq olar. Müasir telefon, televizor, soyuducu, paltaryuyan və digər məişət avadanlıqlarının təmirindən isə danışmağa dəyməz. Çünki ustalar nəinki bu cihazları təmir edə bilmir, hətta onların işlək hissəsini köhnələri ilə əvəz etməkdən belə çəkinmirlər. Əslində isə iş və xidmət sahələrində belə hərc-mərcliyin yaranması üçün kifayət qədər imkanlar mövcuddur. Bildiyiniz kimi, sivil ölkələrdə iş görülməsi və xidmət göstərilməsi müqavilə əsasında həyata keçirilir. Yəni icraçılarla istehlakçılar arasındakı münasibətlər bir qayda olaraq müqavilələrlə nizama salınır və hər bir müqavilə hüquqi məqsəd güdür. Müqavilə malların, görülən işin və göstərilən xidmətlərin rəqabət qabiliyyətli olmasını müəyən edən barometr rolunu oynayır. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, mübahisələrin həlli qaydası, həmçinin malın, işin və xidmətin qiyməti və keyfiyyəti, ödəniş forması, tərəflərin məsuliyyəti və s. şərtlər əksini tapır. Bütün bunlar isə istehlakçılara hüquqlarını müdafiə etnək üçün imkanlar yaradır. Bir sözlə icraçılar tərəfindən öhdəliklərin lazımınca icra edilmədiyi hallarda və ya digər mühüm qüsurlar aşkar edildikdə istehlakçının həyatını, sağlamlığını və ya əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların və başqa vasitələrin tətbiqi nəticəsində dəymiş zərərə görə istehlakçı öz hüquqlarını bağlanmış müqavilə ilə müdafiə edə bilər. Nəzərə alınmalıdır ki, dövlət orqanları, vəzifəli şəxslər və məhkəmələr tərəfindən bu və ya digər problem araşdırılarkən, mübahisələr həll edilərkən tərəflərin öz iradəsini müqavilədə necə əks etdirdiyi əsas götürülür. Ona görə də istehlakçılar birinci növbədə iş görülməsi və xidmət göstərilməsi zamanı müqavilə bağlamalı və bu işdə çox diqqətli olmalıdır. Bu və ya digər mal alarkən, işi sifariş edərkən diqqətsizliyə yol vermək, tələskənlik, müqavilənin şərtləri ilə yaxından tanış olmamaq çox böyük maddi zərərə, mənəvi sarsıntılara və zaman itkisinə səbəb ola bilir. Bəs, iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilə şərtləri pozularkən istehlakçının hüquqları və icraçının məsuliyyəti nədən ibarətdir? Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən verilən məlumata görə, mövcud qanunvericiliyə görə icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb edə bilər. İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından hazırlanması, yaxud müqavilənin ləğv olunaraq itkilərin ödənilməsi təmin olunmalıdır. İstehlakçı tərəfindən aşkarlanan qüsurlar, müəyyən edilmiş müddətdə aradan qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin (xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir faizi məbləğində dəbbə pulu (cərimə, peniya) ödəməlidir. Bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa məbləği nəzərdə tutulmuş olmasın: "Nəzərə alın ki, mövcud qanunvericiliyə görə istehlakçının bu tələbləri işin (xidmətin) yerinə yetirilməsi gedişində, istehlakçı tərəfindən qəbul edilməsi zamanı, habelə zəmanət müddəti ərzində, belə müddət olmadıqda isə bir il ərzində qüsurlar aşkar edilərkən irəli sürülə bilər. Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən, istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda isə işin (xidmətin) icrası üçün müqavilədə müəyyən edilmiş müddətdən hesablanır. İş görülməsi və xidmət göstərilməsi zamanı icraçıların öz öhtəliklərinə məsuliyyətlə yanaşmalı və qanunvericiliyin tələblərinə uyğun olaraq istehlakçıların hüquqlarının təmin olunmasına çalışmalıdır".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31