10,2 min hektar ərazidə meşəbərpa tədbirləri aparılıb

Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2016-cı ildə meşə təsərrüfatları tərəfindən 10,2 min hektar meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılıb. Bu barədə Statistika Komitəsindən verilən məlumata görə, bu da 2015-ci ilə nisbətən 0,1 faiz artıqdır.

Ölkədə meşə sahələrinin seyrəkləşməsinin və azalmasının, torpaqların eroziyası və təbii biosenozların yoxa çıxması təhlükəsinin qarşısının alınması və bütövlükdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə 2016-cı ildə meşə təsərrüfatları tərəfindən 10,2 min hektar meşə fondu torpaqlarında meşəbərpa tədbirləri aparılıb. Bu barədə Statistika Komitəsindən verilən məlumata görə, bu da 2015-ci ilə nisbətən 0,1 faiz artıqdır. Meşə fondu torpaqlarında 34,0 min hektar sahədə meşə əkini və səpinlərinə xidmət göstərilmiş, 32,9 min hektar sahədə birdəfəlik suvarma, 2,6 min hektar sahədə yeni meşəliklərin salınması üçün torpaq hazırlığı işləri aparılmış, 91 hektar sahədə ağac və kol cinslərinin toxumları səpilmişdir. 2015-ci illə müqayisədə ötən il kol və ağac cinsləri toxumlarının tədarükü 9,6 faiz azalaraq 158,2 ton olmuşdur. Tədarük edilmiş toxumun 155,9 tonu və ya 98,5 faizi enliyarpaqlı, 2,3 tonu və ya 1,5 faizi iynəyarpaqlı ağacların toxumlarıdır. Enliyarpaqlı ağac toxumlarının 84,9 faizi palıd, 4,9 faizi qozmeyvəli ağacların, 10,2 faizi isə digər enliyarpaqlı ağac və kol cinslərinin toxumlarından ibarətdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31