Gündəm
Novruz bayramı günlərində polis gücləndirilmiş rejimdə çalışacaq
Novruz bayramı günlərində daxili işlər orqanlarının əməkdaşları gücləndirilmiş iş rejimində işləyəcək.
FHN: 1-ci mikrorayondakı layihə özünü doğrultsa, digər mikrorayonları da əhatə edəcək
"Bakı şəhərində 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində yeni yaşayış binalarının inşa edilməsi nəzərdə tutulub".
"Rabitə işi"ndə təqsirləndirilən şəxs məhkəməyə xərəkdə gətirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Ermənilərdən daha bir təxribat - Bütün video və şəkilləriniz oğurlana bilər
Ermənilərdən daha bir təxribat - Bütün şəxsi informasiya, video və şəkilləriniz oğurlana bilər. Bu günlərdə Ermənistan Barselonada keçirilən 2017 Mobil Dünya Konqressində Skype, Viber və WhatsApp-a alternativ olan "Zangi Messenger" proqramını təqdim edib.
Parisdən Bakıya tam dəstək - Fransa siyasətini yeniləyir
Paris öskürəndə Avropanı qızdırma tutur. Avstriyalı diplomat Klemens fon Metternixin 170 il əvvəl söylədiyi bu sözlər hələ də aktualdır. Fransa ötən əsrlərlə müqayisədə zəifləyib, İkinci Dünya Müharibəsindən sonra dünya siyasətinin aparıcı qüvvələrindən biri statusunu itirib, qlobal süpergüclərin qarşıdurmasında kölgəyə çəkilib.
Partlayıcı qurğu aşkarlandı
Ötən gün Türkiyənin Bitlis Vilayət Jandarma Komandanlığının bölgədə apardığı axtarış - yoxlama əməliyyatı nəticəsində Tatvan-Hazro magistral yolunun kənarına yerləşdilrimiş 500 kiloluq partlayıcı qurğu aşkalrlanaraq zərəsizləşdilib.
Mina patladı
Türkiyədə mina patladı. “Olaylar” “HaberTürk” - ə istinadən bildirir ki, Mardin – Diyarbakır magistral yolunda ərazini minadan təmizlənməsi zamanı partlayış baş verib. Partlayış zamanı 2 əsgər şəhit olub. Magistral yolun Mazıdağı qəsəbəsində səhər saatlarında meydana gələn partlayış yerinə təcili yardım və təhlükəsizlik qüvvələri cəlb olunub. Həmçinin ərazidə terrorçuların yaxalanmasına dair əməliyyatlar aparılır.
Rəsmi Ankara Avropa ilə sazişdən imtina edir
Türkiyə bundan sonra Avropa İttifaqı (Aİ) ilə miqrasiyaya dair razılaşmaya əməl etmək niyyətində deyil. Bunu Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelikdeyib. Onun sözlərinə görə, Avropa ölkələri Türkiyə vətəndaşlarına viza məsələsinin liberallaşdırılması üzrə obyektiv və dürüst mövqe tuta bilmir: "Avropa İttifaqı ilə miqrasiyaya dair razılaşmaya yenidən baxılmalıdır".
Erməni haker ABŞ-a 500 milyon dollar zərər vurdu
ABŞ kompüter fırıldaqçılığında ittiham etdiyi Rusiya vətəndaşı Mark Vartanyanın ölkə büdcəsinə 500 milyon dollar zərər vurduğunu bildirib.
Mübariz Qurbanlı: “Məzhəbçilik müsəlman dünyasına böyük ziyan vurur”
“İslam həmrəyliyinin olması olduqca vacibdir. Çünki zaman sürətlə irəliləyir, dünyada qloballaşma prosesi gedir və bu proses ayrı-ayrı yerlərdə qarşıdurmalara səbəb olur”.
Bütün Gürcüstan Patriarxı: “Digər dinlər kimi İslam dini qlobal çağırışlarla üzləşib”
“Müxtəlif ənənəvi dinlər kimi İslam hazırda qlobal çağırışlarla üzləşib”. Bunu Bütün Gürcüstan Patriarxı İliyanın Bakıda keçirilən "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq tədbir iştirakçılarına müraciətində deyilir.
İstiqlal və İstiqbal Şairi – Məhməd Akif Ərsoy
Patriarx Kirill: “Azərbaycan dini və mədəni müxtəlifliklər arasında balans yarada bilib”
“Hazırda dünyada mövcud olan ənənəvi dinlər ekstremizm və terrorizmlə üzləşir”. Bu barədə Rusiya və Moskva patriarxı Kirillin Bakıda keçirilən "İslam həmrəyliyi: zamanın çağırışı" adlı beynəlxalq konfransa müraciətində deyilir.
Səməd Seyidov: “Avropa Şurasının bir çox üzvünün ərazisində münaqişələr var”
“Avropa Şurasının bir çox üzvünün ərazisində münaqişələr var”. Bunu bu gün Bakıda Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov bildirib. S. Seyidov deyib ki, Türkiyə və Azərbaycanda 4 milyondan çox qaçqın və məcburi köçkün var :“Bu sıraya İtaliya, Yunanıstanda olan qaçqınları da əlavə etsək, vəziyyət daha da mürəkkəb olur. Krımın işğalından sonra Rusiya sanksiyalarla üzləşdi. AŞPA-nın son iclasından sonra Türkiyə də nəzarətə götürüləcək. Biz bunu ədalətli saymırıq. Bu məsələlərdə Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin fəaliyyəti önəmlidir”.
Trampın hamıdan gizlədiyi sənədləri üzə çıxdı - ŞOK FAKT
ABŞ prezidenti Donald Trampın vergi məlumatları mediaya sızdırılıb. Trampın seçki kampaniyası zamanı açıqlamağı israrla rədd etdiyi məlumatlar MSNBC kanalında "The Rachel Maddow Show" proqramında ictimaiyyətə çatdırılıb. Artıq "Ağ ev"in sözcüsü məlumatları təsdiqləyib.














