FHN: 1-ci mikrorayondakı layihə özünü doğrultsa, digər mikrorayonları da əhatə edəcək

"Bakı şəhərində 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində yeni yaşayış binalarının inşa edilməsi nəzərdə tutulub".

"Bakı şəhərində 1-ci mikrorayonun yenidən qurulması ilə əlaqədar tədbirlər barədə qərara əsasən köhnə 5 və 9 mərtəbəli yaşayış binalarının sökülməsi və onların yerində yeni yaşayış binalarının inşa edilməsi nəzərdə tutulub". Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

E. Əsədov bildirib ki, Nazirlər Kabinetinin qərarının imzalanmasında təşəbbüskar FHN olub: "Bu layihə pilotdur, layihə özünü doğrultsa, Bakının digər mikrorayonlarını da əhatə edəcək". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31