Gündəm

Rusiyanın yeni kriminal kralı kim olacaq? - TAXT UĞRUNDA MÜHARİBƏ 

15 Mart 2017 13:46

Yeni Moskvada 26 yaşlı "qanuni oğru" “Fransuz” ləqəbli Maksim Fransuzov ("Fransuz") sirli şəraitdə həlak oldu. O pəncərədən düşdü və öldü. Hazırda müstəntiqlər hadisənin səbəblərini araşdırır. Amma Fransuzun oğru dünyasının digər nümayəndələrilə münaqişə zəminində öldürüldüyü istisna edilmir. Kriminal dairələr bu ölümü təsadüfi hesab etmirlər və “Şakro Molodoy” ləqəbli “qanuni oğru” Zaxari Kalaşovun 2016-cı ildə həbs edilməsi ilə bağlı yaranmış çətin vəziyyətlə bağlayırlar.

İzdivac verilişindən ayrılan gəlin namizədi bütün HƏQİQƏTLƏRİ ORTAYA ÇIXARDI - VİDEO

15 Mart 2017 13:44

Esra Erolun proqramından ayrılan Ayça adlı gəlin namizədi ötən gün instaqramda canlı yayım vasitəsilə sualları cavablandırıb və Esra Erolun bütün sirlərini ifşa edib.

Novxanı-Pirşağı istiqamətində yeni yol çəkilir

15 Mart 2017 13:39

Bu il 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrinin icra olunması ilə bağlı dövlət başçısının tapşırığına əsasən "Azəravtoyol" ASC tərəfindən ölkə boyu işlərə start verilib. Sözügedən yolların sürətlə, texnoloji ardıcıllığa riayət olunmaqla və ən əsası yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün cəmiyyət bütün qüvvəsini səfərbər edib. "Azəravtoyol" ASC-dən "OLAYLAR "-a bildirilib ki, bu layihələrin biri də Abşeron yarımadasının şimal hissəsində gerçəkləşdirilir. Söhbət sahil boyu salınan və 12.7 km uzunluğunda olan Novxanı-Pirşağı avtomobil yolundan gedir. Sahil yolu bəzi ərazilərdə mövcud yolu genişləndirməklə, bəzi ərazilərdə isə yeni tras üzrə inşa olunur. Bunun üçün yeni yolun keçdiyi ərazilərə, xüsusən çökəklik sahələrə karbonat materialı tökülüb kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bundan başqa yol boyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb.

İslam Həmrəyliyi Oyunları öncəsi Bakida Qlobal “İƏT Modeli Sammiti”keçiriləcək

15 Mart 2017 13:38

“Beynəlxalq İƏT Modeli” Qlobal Sammitinin əsas sessiyalarından biri IV İslam Həmrəylik oyunları ərəfəsində may ayında Bakıda keçiriləcək. “OLAYLAR”-a daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyi və İƏT Gənclər Forumunun (DƏ-İKGF) əməkdaşlığı və bir sıra aparıcı universitetlərin iştirakı ilə keçiriləcək tədbir çərçivəsində artıq mühazirə və təlimlər başlayıb.

Dəmir yolu gücləndirilmiş iş rejiminə keçir

15 Mart 2017 13:37

“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Novruz bayramı ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR” –a daxil olan məlumata görə, sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.

Diaspor nümayəndələri Cocuq Mərcanlıya gedəcək

15 Mart 2017 13:36

Azərbaycan Slavyan Gəncləri Assosiasiyası (ASGA) və Diaspor Jurnalistləri Birliyi birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun işğaldaz azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər təşkil olunacaq. Bu barədə məlumat “OLAYLAR”-a ASGA-dan daxil olub. Bildirilib ki, səfər martın 16-da reallaşacaq. Səfərdə xaricdə yaşayan və təhsil alan soydaşlarımız iştirak edəcək.

Əmək Nazirliyində görüş olub

15 Mart 2017 13:34

Azərbaycanda demoqrafiya və əhali sakinliyi üzrə hazırlanmış yeni uzunmüddətli strategiya əhalinin kəmiyyət və keyfiyyət artımını təmin etmək üçün hərtərəfli şəraitin yaradılması məqsədilə qarşıdakı dövrdə də kompleks tədbirlərin reallaşdırılmasını nəzərdə tutur. Bunu Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlikdə  BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə regional direktoru Karl Kulessa ilə keçirilən görüşdə bildirib.

Oğurluq avtomobillə qız qaçıran oğlan təsadüfən "ilişdi" - Polislərə hücum çəkdi

15 Mart 2017 13:30

Şamaxı rayonunda avtomobil qaçıran şəxs polisə müqavimət göstərib. Hadisə martın 14-də Şamaxı şəhəri ərazisində baş verib.

Ermənistan müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib

15 Mart 2017 13:24

Ermənistanın baş naziri Karen Karapetyan aprelin 2-də keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək üçün MDB-yə üzv dövlətlərə məktub göndərib. 

Fatih Portakaldan Türkiyə dövlətinə növbəti xəyanət!

15 Mart 2017 13:22

FOX TV-nin aparıcısı Fatih Portakal xain mövqeyi ilə yenidən gündəmə gəlib. Belə ki, Portakal son günlər Türkiyə-Hollandiya arasında yaşanan münasibətlərə toxunaraq Hollandiyanı müdafiə edib: "Mənə vətən xaini deyə bilərsiniz, amma təqsir Türkiyədədir". 

Sağlam qidalanma mövzusunda dəyirmi masa keçirilib

15 Mart 2017 13:18

Martın 15 – də Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında əhali arasında sağlam qidalanma davranışlarının təşviqinə dair dəyirmi masa keçirilib. Nazirlikdən “Olaylar” – a bildilirb ki, dəyirmi masada Azərbaycan Tibb Universitetinin (ATU) Tibbi profilaktika fakültəsinin, Qidalanma və kommunal gigiyena kafedrasının, uşaq və yeniyetmələr və əmək gigiyenası kafedrasının, propedevtika və pedtıdaiatriya kafedrasının, I daxili xəstəliklər və reanimatologiya kafedrasının, II daxili xəstəliklər kafedrasının və ictimai sağlamlıq kafedrasının, həmçinin Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) nümayəndələri iştirak ediblər.

Birinci mikrorayonda evləri söküləcək insanlara veriləcək yeni mənzillərin sahəsi əvvəlkindən artıq olacaq

15 Mart 2017 13:17

“1-ci mikrorayonda işlərin yerinə yetirilməsinə özəl şirkətlərin vəsaitləri cəlb olunacaq”. Bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib. O bildirib ki, Bakının 1-ci mikrorayonunda evləri söküləcək insanlara sonradan yeni binalarda veriləcək mənzillərin sahəsi əvvəlki mənzillərlə müqayisədə 10 faiz artıq olacaq: “Söküntü-tikinti işləri aparılan zaman vətəndaşların kirayədə qalmaları üçün onlara kompensasiya da veriləcək”.

1-ci mikrorayonda tikiləcək yeni mənzillərə 1729 ailə köçürüləcək

15 Mart 2017 13:16

"İlkin məlumata görə, 1729 ailənin 1-ci mikrorayonda tikiləcək yeni mənzillərə köçürülməsi nəzərdə tutulub". Bunu FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

Ermənistan parlament seçkilərinə müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib

15 Mart 2017 13:14

Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərini izləməyə müşahidə missiyası göndərmək üçün Azərbaycana müraciət edib. 

Abid Şərifov: "Mikrorayonlardakı evlər bir-bir söküləcək"

15 Mart 2017 13:13

"Bakı şəhərinin 1-ci mikrorayonunun yenidən qurulması layihəsi ölkə başçısı ilə razılaşdırılıb". Bunu baş nazirin müavini Abid Şərifov bildirib.