Fatih Portakaldan Türkiyə dövlətinə növbəti xəyanət!
FOX TV-nin aparıcısı Fatih Portakal xain mövqeyi ilə yenidən gündəmə gəlib. Belə ki, Portakal son günlər Türkiyə-Hollandiya arasında yaşanan münasibətlərə toxunaraq Hollandiyanı müdafiə edib: "Mənə vətən xaini deyə bilərsiniz, amma təqsir Türkiyədədir".
15 Mart 2017 13:22 Dünya"Mənə vətən xaini deyə bilərsiniz, amma təqsir Türkiyədədir"
FOX TV-nin aparıcısı Fatih Portakal xain mövqeyi ilə yenidən gündəmə gəlib. Belə ki, Portakal son günlər Türkiyə-Hollandiya arasında yaşanan münasibətlərə toxunaraq Hollandiyanı müdafiə edib: "Mənə vətən xaini deyə bilərsiniz, amma təqsir Türkiyədədir".
F.Portakalın bu açıqlaması Türkiyədə böyük rezonansa səbəb olub, sosial mediada o, kəskin şəkildə tənqid edilib.
Xatırladaq ki, F.Portakal 2016-ci ilin aprel ayında cəbhə xəttində aparılan əməliyyatlar zamanı Ermənistanı müdafiə edərək Azərbaycanın da ünvanına yersiz fikirlər səsləndirmişdi. Eyni zamanda vaxtilə FOX TV-nin ekranlarından səslənən "İraqdakı türkmənləri PKK xilas etdi, türkmənlər PKK-ya minnətdar olmalıdır" ifadəsi də Portakala məxsusdur. SİA.az Türkiyə mətbuatına istinadən xəbər verir.