Yaponiyada güclü zəlzələ olub
15:38 DünyaYaponiyanın Honsü adasının şərq sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 100 min nəfərin yaşadığı Narita şəhərindən 199 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31