Azərbaycan və Litva qarşılıqlı əməkdaşlığı müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın xarici işlər naziri Kestutis Budrislə görüşüb.

Bu barədə Litva Respublikasının xarici işlər naziri Kestutis Budrys "X" sosial media hesabında paylaşım edib.

Qeyd edilib ki, Vilnüsdə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla məhsuldar müzakirələr aparılıb.

"Litva və Azərbaycan enerji, ticarət, xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqaz regionunda sülh və rifahın təmin edilməsi daxil olmaqla, qarşılıqlı maraq doğuran istiqamətlərdə ardıcıl irəliləyiş əldə edirlər", - deyə paylaşımda bildirilib.

Azərbaycan və Litva qarşılıqlı əməkdaşlığı müzakirə edib (FOTO)

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31