İrəvan və KTMT: Ermənistanın blokdakı gələcəyi necə olacaq? – ÖZƏL
17:03 DünyaOlaylar.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, İrəvan de-fakto Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının işində iştirak etmir və onun blokdakı gələcəyi üzv ölkələr arasında aparılacaq müzakirələrdən asılı olacaq. Bu bəyanat Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin KTMT-də iştirakda maraqlı olmaması barədə çıxışından sonra verilib.
2024-cü ildə iştirakını "dondurduğunu" elan edən və üzvlük haqqını ödəməyi dayandıran Ermənistan nizamnamədə belə bir prosedur olmadığı üçün hüquqi cəhətdən hələ də təşkilatın üzvü sayılır. Qurumun baş katibi Taalatsbek Masadıkov isə KTMT Kolektiv Təhlükəsizlik Şurasının Ermənistanı səs vermək hüququndan məhrum etmək və onun vətəndaşlarının kvota vəzifələrinə təyin olunmasını dayandırmaq məsələsinə baxa biləcəyini qeyd edib. Hazırda Ermənistan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla yanaşı kağız üzərində təşkilatın üzvü olaraq qalmaqdadır.