Ermənistan müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib
Ermənistanın baş naziri Karen Karapetyan aprelin 2-də keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək üçün MDB-yə üzv dövlətlərə məktub göndərib.
15 Mart 2017 13:24 DünyaErmənistanın baş naziri Karen Karapetyan aprelin 2-də keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək üçün MDB-yə üzv dövlətlərə məktub göndərib. Bunu MDB İcraiyyə Komitəsi rəhbərinin müavini Viktor Quminski İrəvanda jurnalistlərə deyib. O, Azərbaycanın müşahidəçi göndərə bilməsi ilə bağlı suala cavabda bildirib ki, məktub bütün ölkələrə göndərilib: "Lakin Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarus müsbət cavab verib və həmin ölkələrdən 76 müşahidəçi seçkini izləyəcək". SİA "Aysor.am"a istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31