Moskva: Ermənistanla təhlükəsizlik sahəsində münasibətlər artıq yoxdur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Kremlyin rəsmi nümayəndəsi Dmitri Peskov noyabrın 6-da bildirib ki, İrəvanla təhlükəsizlik sahəsində hər hansı gələcək münasibətlər mövcud deyil. O qeyd edib ki, Ermənistan hazırda de-fakto Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir və təşkilatda qalmağın məqsədəuyğunluğunu açıq şəkildə şübhə altına alıb. Peskovun sözlərinə görə, nizamnamə sənədlərində müəyyən addımlar nəzərdə tutulub və növbəti mərhələlər təşkilat daxilindəki müzakirələrdən asılı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31