Peruda corablarda 3000-dən çox tarantula qaçaqmalçılığı cəhdinin qarşısı alınıb-ÖZƏL

Perunun Milli Meşəçilik və Vəhşi Təbiət Xidmətinin (SERFOR) əməkdaşları Lima hava limanından çirkli corablarda gizlədilmiş 3000-dən çox tarantula qaçaqmalçılığı cəhdinin qarşısını alıblar. Olaylar.az xəbər verir ki,  bu barədə Agence France-Presse yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.
Onun sözlərinə görə, iki Almaniya vətəndaşı və bir Polşa vətəndaşı Almaniyaya böyük bir hörümçək partiyası keçirməyə cəhd edib. Baqaj yoxlaması zamanı SERFOR əməkdaşları üç çamadanda bir şeyin hərəkət etdiyini görüblər. İçəridə çirkli corabların içində gizlənmiş 3000-dən çox tarantula aşkar ediblər. Hörümçəklər müxtəlif inkişaf mərhələlərində olublar: yumurta və cavanlardan tutmuş iri yetkin hörümçəklərə qədər.
SERFOR nümayəndəsi Kora Suarezin sözlərinə görə, tək bir canlı nümunə Avropada təxminən 500 avroya başa gələ bilər. Buna görə də, canlı yükün ümumi dəyəri təxminən 1,5 milyon avro ola bilərdi. Yük daşıyan əcnəbilər polis tərəfindən saxlanılıb. Onlar qaçaqmalçılıq cəhdinə görə cinayət məsuliyyətinə cəlb olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31