Gündəm
Narkotiklərə asılılığın doğurduğu fəsadlar
Bəşəriyyətin ümumi bəlasına çevrilən narkomaniya probleminə qarşı mübarizə aparıldıqca, bu problemin girdabınaq düşən, ondan əziyyətçəkənlərin də sayı nəzərəçarpacaq dərəcədə artır. Hər halda ildən-ilə qeydiyyata düşən narkomanların sayındakı statistika belə deməyə əsas verir. Təəssüflər olsun ki, bu mənfi tendensiya Azərbaycandan da yan keçmir. Rəsmi statistik məlumatlara əsasəsn cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda qeydiyyatda olan narkomanların ümumi sayı 29448 nəfərdir.
Cəmiyyətin nəbzini tutmaq uğur qazanmağın əsas şərtlərindən biri kimi
Cəmiyyəti məlumatlandırma siyasi və yaxud iqtisadi qurum olmasından aslı olmayaraq icitmaiyyətlə əlaqələrdə ən çox istifadə edilən modeldir. Bu model bir qurumun fəaliyyəti haqqında cəmiyyəti mütamadi olaraq məlumatlandırmaq və açıqlamalar vermək missiyasını daşıyır. Cəmiyyəti məlumatlandırma modelinin mətbuatda tanıtım modelindən fərqi verilmiş məlumatların dəqiq, həqiqi və reallığı əks etdirməsidir. Modelin tətbiqində Tv kanallarından, qəzetlərdən, sosial şəbəkələrdən, jurnallardan, büllütenlərdən, konfranslardan, aksiyalardan və digər məlumatlandırıcı vasitələrdən istifadə edilə bilər.
Etik və diplomatik qaydalara sığmayan davranış
Son günlər Türkiyənin Avropa, xüsusilə Almaniya və Holandiya ilə yaşanan problemləri, Ankaraya qarşı qərəzli və beynəlxalq konvensiyalara zidd davranışlar təkcə qardaş ölkədə deyil, eləcə də Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub. Siyasi mövqeyi, cəmiyyətdəki yeri və rolundan asılı olmayaraq hər kəs birmənalı şəkildə Avropada Türkiyəyə qarşı artan təpkiləri, təzyiqləri qətiyyətlə pisləyir. Ölkənin vətəndaş cəmiyyəti nümayəndələri Türkiyəyə Avropadan artan hücumları pisləyərək qoca qitəni qardaş ölkəyə qarşı ədalətsizlik, qərəzli yanaşmada suçlayıblar.
Bakı sakinlərini möhtəşəm şou gözləyir
Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya kubokunun açılış mərasimi Azərbaycanın ən gözəl və sevimli bayramı - Novruz bayramına həsr olunacaq.
Sarkisyandan geri addım: "Biz müharibə istəmirik"
Ermənistan prezidenti Serj Sarkisyan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Dağlıq Qarabağda mühabaribə istəmədiyini bildirib. Sarkisyanın sözlərinə görə, Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun köməyi ilə sülh və danışıqlar vasitəsi ilə həll edilməlidir.
“Millətlərin Qafqazda köçü 20 – ci əsr” və “Qara Bağın Faciəsi” kitabları təqdim olundu
Martın 15 – də Mərkəzi Elmi Kitabxanada Alqimantas Liyekisin “Millətlərin Qafqazda köçü 20 – ci əsr” ( litva və rus dilində), Qintaras Visotsksın “Qara Bağın Faciəsi” ( litva dilində) kitablarının təqdimatı oldu. Təqdimatı giriş sözü ilə AMEA – nın İctimai Elmlər Bölməsinin rəhbəri, AMEA- nın müxbir üzvü Nərgiz Axundova açaraq kitabların Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rolundan bəhs etdi. Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, tarix üzrə elmlər doktoru İradə Bağırova, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, professor, humanitar elmlər doktoru, "Millətlərin Qafqazda köçü 20-ci əsr" əsərinin müəllifi Alqimantas Liyekis, Litva jurnalisti,www.slaptai.lt internet-portalın sahibi və redaktoru, “Qara Bağın Faciəsi" əsərinin müəllifi Qintaras Visotskas təqdimatda çıxış edərək kitab haqında iştirakçılara ətraflı məlumat verdilər.
İyirmi səkkizinci İran səfərnaməsi
İki ay bundan qabaq İrana getmişdim - “Ərdəbil günü” şənliyinə, Şah İsmayılın ulu babası Şeyx Səfiəddinin İshaq Ərdəbilnin heykəıinin açılışına. Mən bu haqda “İyirmi yeddinci İran səfərnaməsi”ndə ətraflı yazmışam. İndisə iyirmi səkkizinci səfərnamə. Səfərə çıxım və səfərnamə yazmayım, bu mümkün iş deyil. Necə ki, vaxtilə bir şeirimdə demişəm:
Bakıda ikimərtəbəli ev yanıb
Bakıda yanğın hadisəsi qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, şəhərin Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli, 8 otaqlı, taxta konstruksiyalardan ibarət evin 2-ci mərtəbəsində 3 otaq 100 m2 sahədə və 1-ci mərtəbəsində 2 otaq 80 m2 yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın saat 04:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Ekspert: “Fransa ilə reallaşdıra biləcəyimiz layihələr və konkret işlərimiz var”
“Fransada səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra önəmli və vacib görüşlər keçirdi. Şəxsən mənim üçün bu görüşlərin hər biri o məqamla yadda qaldı ki, həm Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşdə, həm də dünən Fransa prezidenti ilə keçirdiyi görüşlərin yekununda dövlət başçısı Qarabağla bağlı Ermənistana və ona havadarlıq edən bir sıra dövlətlərə konkret sözlərini çatdırdı”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.
Azərbaycanda məktəblərdə tənəffüs vaxtının uzadılması təklif olunur
“Azərbaycanda bir məktəbdə ən azı 400 şagird təhsil alırsa, onların sağlam qidalanması üçün 15 dəqiqəlik tənəffüs vaxtı kifayət etmir. Bunu nəzərə alaraq, Milli Məclis qarşısında məsələ qaldırmışdım ki, məktəblərdə ictimai qidalanma blokları olmalıdır. Bu blokların kifayət qədər sayda oturaq yerləri və 20 dəqiqə arası tənəffüs vaxtı olmalıdır ki, şagirdlər sağlam qidalana bilsinlər”.
Almaniyalı dirijor “İl Tabarro” operasını idarə edəcək
Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri olan “İl Tabarro” (“Plaş”) operası nümayiş olunacaq.
Hərbçilər Ukrayna parlamentinin tribunasını ələ keçirdilər - VİDEO
Ukrayna Ali Radasında növbəti qalmaqal baş verib. Ali Radanın üç fraksiyası - “Pyotr Poroşenkonun Bloku”, “Xalq cəbhəsi” və “Qarşılıqlı yardım” plenar iclasda hüquq-mühafizə orqanlarının əməkdaşlarına çıxış etməyə imkan verməyə çağırdılar.
Qazaxıstan prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin vaxtı məlum olub. Qazaxıstanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, N. Nazarbayev aprelin 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər zamanı iki ölkə arasında 4 sənədin imzalanması nəzərdə tutulur.
Putin və Sarkisyan bu gün Dağlıq Qarabağdan danışacaqlar
Rusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.
Türkiyədə AĞLASIĞMAZ CİNAYƏT...
İstanbul Küçükçekmecedə bir mənzildən qalxan tüstü inanılmaz vəhşiliyin üstünü açıb. Bina sakinləri dərhal polisə və xilasetmə qruplarına müraciət ediblər.














