Rabat BMT-nin Qərbi Saharadakı missiyasının vaxtında çıxarılması üçün yardım göstərəcəyinə zəmanət verib-ÖZƏL
13:22 DünyaMərakeş hakimiyyəti Qərbi Saharada Referendum üzrə BMT Missiyasının (MINURSO) işinin üç ay ərzində tamamlanmasına tam kömək edəcəklərinə zəmanət verib. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a Mərakeş paytaxtındakı diplomatik mənbə bildirib.
Mənbənin məlumatına görə, "BMT Missiyasının ləğvetmə komissiyasının rəhbəri, Rusiya vətəndaşı Aleksandr İvanko Mərakeş xarici işlər naziri Nasser Bourita ilə MINURSO-nun bölgədən nizamlı və təhlükəsiz şəkildə çıxarılmasının təmin edilməsini müzakirə etmək üçün görüşüb". Eyni mənbə bildirib ki, "Mərakeş tərəfi Missiyanın bölgədən üç ay ərzində çıxarılması ilə tam əməkdaşlığa və bu prosesə lazımi dəstəyin göstərilməsinə zəmanət verib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31