Gündəm
Qız qaçıran sürücü tutuldu
Martın 14-də saat 9 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Bilal Abdullayev idarə etdiyi “KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb.
Qadını öldürüb, cəsədini kanala atan kişi tutuldu
Martın 11-də Qax rayonunun Əlibəyli kəndindən keçən kanalda Zərdab rayon sakini, 35 yaşlı Gülnar İbrahimovanın meyiti tapılıb. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Təhlükəsiz Şəhər Xidməti, Qax RPŞ, Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Mayıl Məmmədovun həmin gün Mingəçevir şəhəri ərazisində G.İbrahimovanı “VAZ-2107” markalı avtomobilə oturdub Yevlax rayonunun Xaldan qəsəbəsinə, sonradan isə Qax rayonunun Əlibəyli kəndinə aparması və orada aralarında baş verən münaqişə zəminində boğaraq qətlə yetirməsi, cəsədini isə kanala atması müəyyən edilib. Görülən tədbirlərlə M.Məmmədov Yevlax rayonu ərazisində tutulub. Araşdırma aparılır.
"Stress Awareness” mövzusunda seminar
Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən "ADA" Universitetinin tələbələri üçün "Stress Awareness” mövzusunda seminar keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə seminarı giriş sözlə açaraq seminarın keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb, sağlamlığın qorunması naminə maarifləndirmənin vacib olduğunu vurğulayıb.
KİVDF jurnalistləri mükafatlandırdı
Martın 15-də Beynəlxaq Mətbuat Mərkəzində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 2017-ci il Novruz bayramı ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov ölkənin aparıcı mətbu orqanlarının baş redaktorları və digər qalib jurnalistlər iştirak edib.
“İki sahil”in məqaləsi Rusiya KİV-ində yayımlanıb
Bu günlərdə “İki sahil” qəzetində dərc edilən “Bakı yeni bir tarixi hadisənin astanasındadır” sərlövhəli məqalə Rusiyanın “newskavkaz.com” saytında yayımlanıb. Məqalənin müəllifi “İki sahil” qəzetinin bölmə müdiri Zahid Rza qeyd edir ki, bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının başlanmasına sayılı günlər qalır. Oyunlarda 57 İslam ölkəsinin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növündə yarışların aparılması planlaşdırılır.Yarışlara 6 mindən çox idmançının qatılacağı nəzərdə tutulub. Oyunlar çərçivəsində paralimpiya üzrə paraatletiklər və paracüdoçuların mübarizəsi gözlənilir. Bu idman növlərinə atletika, gimnastika, güləş, boks, cüdo, taekvondo, ağır atletika, tennis, stolüstü tennis, atıcılıq, üzgüçülük, basketbol, həndbol, voleybol, futbol, karate və s. daxildir.
Xırdalandakı faciədə ölən Turanənin FOTOları
“Prezidentin Fransa səfəri münaqişənin həllinə müsbət təsir göstərəcək”
“Fransa ilə Azərbaycan arasında çox yaxşı münasibətlər var. Bu münasibətlər həm siyasi, həm də iqtisadi sferada inkişaf edir”. Bu barədə Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Fuad Muradov Prezident İlham Əliyevin Fransaya rəsmi səfərini şərh edərkən deyib.
Dəm qazından zəhərlənmənin İLK ƏLAMƏTLƏRİ: Necə qurtulmalı?
Bu gün Xırdalan şəhərində kirayə yaşayan 5 qız dəm qazından zəhərlənərək ölüb. Ölən qızlardan ikisi Xırdalan şəhərində yerləşən Humanitar Kollecdə oxuyurmuş. Bu hadisə "mavi bəla"nın aktuallığını yenidən gündəmə gətirib.
Azərbaycanda söz və fikir azadlığı ilə bağlı məhdudiyyət yoxdur
Azərbaycanda söz, fikir və məlumat azadlığının təmin olunması dövlətin prioritet məsələlərindən hesab olunur. Elə bu məqsədlə də sözügedən sahələri tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilsə peosesi davam etdirilir.
“Bu gün dünya ciddi qaçqın və məcburi köçkün problemi ilə üzləşib”
Martın 15-də Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası başlayıb. İclasda çıxış edən MM-in sədr müavini Valeh Ələsgərov bildirib ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərin inkişafında maraqlıdır.
Xırdalanda 5 xanım boğulub öldü - Aralarında tələbələr və ana-bala da var - ADLAR - YENİLƏNİB
Tələbələrdən başqa ölən hər 3 şəxs Balakən rayonundan olan Turanə Xanıyevanın qohumları olub. Belə ki, Turanənin xalası onkoloji xəstə olub və Bakıya qızı ilə birgə müalicəyə gəlibmiş. Beləliklə, ölənlərdən ikisi məhz Turanə Xanlayeva xalası və xalası qızıdır. Qafqazinfo.az
Xəzərdə daha bir neftçinin cəsədi tapıldı
Martın 13-də dənizdə meyiti tapılan naməlum kişinin şəxsiyyəti müəyyənləşib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, meyiti tapılan şəxsin "Azneft" İB-nin N. Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçi, Salyan rayonunun Xıdırlı kənd sakini Ramiz Qulu oğlu Abbasov olduğu ehtimal edilir.
"Prezident İlham Əliyevin Fransaya səfəri Avropa-Azərbaycan münasibətləri baxımından vacib səfərdir"
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri çox uğurlu bir səfərdir. Bu səfər həm siyasi, həm iqtisadi, həm də Avropa-Azərbaycan münasibətləri baxımından vacib səfərlərdən biridir.
Fərdi mənzil tikintisi üçün icazə hansı qaydada alınır?
Hazırda ölkədə fərdi mənzil tikintisinə tələbatın artması müşahidə olunur. Çoxmənzilli binalarda evlərin baha olması, üstəlik vətəndaşların böyük əksəriyyətinin ipoteka kreditindən yararlanma imkanının məhdud olması və tikinti şirkətlərinə etibarın azalması fərdi mənzillərə tələbatı çoxalmasına səbəb olur. Məsələ orasındadır ki, vətəndaşların əksəriyyətinin fərdi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması proseduru barədə bilgilərinin kifayət qədər olmaması bu sahədə də müəyyən problemlərin yaranmasına səbəb olur.
ATƏT Qarabağda emissarlarını artırmaq istəyir
Dağlıq Qarabağ problemini həll etməkdən başqa bütün işlərlə məşğul olan ATƏT-in Minsk qrupu indi də müşahidə missiyasının say tərkibinin artırılması üzərində işləyir. Hər halda yayılan xəbərlərdə qeyd edilir ki, Anjiy Kasprşik belə bir təşəbbüslə çıxış edib. Bu arada rəsmi Bakı Vyanaya müraciət edərək Anjiy Kasprşikin- rəhbərlik etdiyi missiyanın üzvlərinin sayının artması ilə bağlı mövqeyinə rəsmi izahat verilməsini istəyib.














