Paşinyan Türkiyə ilə diplomatiya münasibətlərinin tezliklə bərpa olunacağına inanır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il III Ümumerməni Sammitində çıxışı zamanı yaxın gələcəkdə Türkiyə ilə ərazi bütövlüyü, suverenlik və sərhədlərin qarşılıqlı tanınması əsasında diplomatik münasibətlərin qurulacağına əminliyini bildirib. O, Türkiyənin Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə bağlı narahatlıqlara cavab olaraq bu iddiaları təkzib edib və heç bir obyektiv faktın buna əsas vermədiyini vurğulayıb. 

Qeyd edək ki, iki ölkə arasında 1993-cü ildən bağlı olan sərhədlərin və kəsintiyə uğrayan əlaqələrin normallaşdırılması üzrə xüsusi nümayəndələr səviyyəsində danışıqlar aparılsa da, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədlərin açılması barədə 2022-ci ildə əldə olunmuş razılaşma hələ ki icra olunmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31