Rusiyaya məxsus 200 milyard dolların Ukraynaya verilməsi təklif olunur
12:32 DünyaRusiyanın dondurulmuş aktivləri blokdan çıxarılmalı və Ukraynaya verilməlidir.
Bunu Avropa Parlamentinin Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman "Ukrinform"a müsahibəsində bildirib.
"Dondurulmuş 200 milyard dollar məbləğində aktivlər Ukraynaya dəstək göstərilməsi, eləcə də ölkənin bərpası üçün elə indi blokdan çıxarılmalıdır. Bu, həmçinin insanların öz vətənlərində qalması və müharibədən sonra ölkəni yenidən qurması baxımından mühüm siqnaldır", - deyə Ştrak-Tsimmerman bildirib.
O, Almaniyanın heç vaxt buna mane olmadığını, kansler Fridrix Mertsin isə Rusiyanın aktivlərinin müsadirə edilməsi məsələsində "əhəmiyyətli səylər" göstərdiyini vurğulayıb. Avropa Parlamentinin deputatının sözlərinə görə, Belçika və bir sıra digər dövlətlər bu təşəbbüsə qarşı çıxır.
Onun fikrincə, Avropa "bu riski birlikdə öz üzərinə götürməli", "vəsaitlər isə Ukraynaya verilməlidir".