Gündəm

İranda ilaxır çərşənbə şənliklərində 2 nəfər ölüb, 1278 nəfər yaralanıb

15 Mart 2017 16:16

Martın 14-də İranın Tehran və İsfahan şəhərlərində ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrdən istifadə nəticəsində 2 nəfər ölüb.  

Ötən ay Azərbaycandan 1525 əcnəbi deportasiya edilib

15 Mart 2017 16:14

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən 2017-ci ilin fevral ayı ərzində miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

Musiqili Teatrda Hüseynağa Sadıqovun xatirə günü

15 Mart 2017 16:13

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun xatirə gecəsi keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tədbirdə görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub. Daha sonra ölkənin tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi xatirə gecəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, Xalq artistləri Yasin Qarayev, Həmidə Ömərova, Ağaxan Salmanlı, Əməkdar artist Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik olan Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Tədbir boyu H. Sadıqovun rol aldığı tamaşa və filmlərdən epizodlar nümayiş olunub.

“İncəsənət haqqında söhbət” layihəsi çərçivəsində növbəti mühazirə

15 Mart 2017 16:12

Azərbaycan Milli Tarix Muzeyində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin “İncəsənət haqqında söhbət” layihəsi çərçivəsində növbəti mühazirə keçirilib.

Dəm qazından zəhərlənmə hadisəsi ilə bağlı cinayət işi başlandı

15 Mart 2017 16:11

Martın 15-də saat 12 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə, ev 6, mənzil 4-də 5 qadın meyitinin aşkar edilməsi ilə bağlı Abşeron rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmişdir. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən qaz sobası götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Ekspert: Prezident İlham Əliyevin Fransaya səfəri ölkələr arasında əməkdaşlığın daha da inkişafına mühüm impuls verəcək

15 Mart 2017 16:08

“Prezident İlham Əliyevin son rəsmi səfərlərinin təhlilini apararkən ilk növbədə belə nəticəyə gəlmək olar ki, dövlətimizin başçısı balanslı siyasət yürüdərək Azərbaycanın dünya birliyindəki əhəmiyyətli mövqeyini nümayiş etdirir”.

Diş məcununun içərisindən psixotrap maddı çıxdı

15 Mart 2017 16:06

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları psixotrop maddənin gömrük nəzarətindən gizlədilmiş şəkildə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının idman çantasındakı əşyalara baxış keçirilib.

Prezident Fransada cəsarətli siyasi iradəsini ortaya qoydu

15 Mart 2017 16:03

“Ölkə Prezidenti cənab İlham Əliyevin Fransaya rəsmi səfəri çox əhəmiyyətli və uğurlu bir səfərdir. Bu səfəri çox müsbət və yüksək qiymətləndirirəm. Belə demək mümkünsə, Prezidentin bu səfəri həm siyasi, həm iqtisadi, həm də Avropa-Azərbaycan münasibətləri baxımından vacib səfərlərdən biridir”.

Lavrov: “Nə SSRİ-ni yenidən qurmaq planımız, nə də imperiya ambisiyalarımız var”

15 Mart 2017 15:51

"Rusiyanın nə SSRİ-ni yenidən qurmaq planları, nə də hər hansı imperiya ambisiyaları var”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Lavrovun qənaətinə görə, Rusiyanın imperiya ambisiyalarının olması və SSRİ-ni yenidən qurmaq planları barədə fikirlər fantastika janrına aiddir və ciddi qəbul edilməməlidir. Onun sözlərinə görə, Rusiya keçmiş sovet respublikalarının müstəqillik seçiminə həmişə hörmətlə yanaşıb: “Biz onlarla əməkdaşlığı müxtəlif formatlarda maraqların qarşılıqlı nəzərə alınması və bərabərlik prinsipləri əsasında qururuq”.

Jirinovski Dumanın tribunasından rəqiblərini hədələyib: "Prezident olanda sizi güllələyəcəyəm"

15 Mart 2017 15:49

Rusiya Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski prezident olacağı təqdirdə rəqiblərini güllələyəcəyini bəyan edib. 

XİN: Ermənistanın şərt qoyması danışıqların pozulması, boykot və şantajdır

15 Mart 2017 15:47

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə substantiv danışıqlara başlamağa Ermənistan tərəfindən dövlət başçısı səviyyəsində qeyd-şərtin qoyulması qəsdən danışıqların pozulması, boykot və şantaj deməkdir. Danışıqlara başlamaq üçün hər hansı şərtin irəli sürülməsi qəbuledilməzdir və ümumiyyətlə, münaqişənin həlli üzrə bütün baza sənədlərinin mahiyyətinə və ruhuna ziddir.

Azərbaycan İpoteka Fondunun Müşahidə Şurasının tərkibi açıqlanıb

15 Mart 2017 15:46

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) Müşahidə Şurasının tərkibi açıqlanıb. Şuranın sədri maliyyə nazirinin müavini Emin Hüseynovdur. Müşahidə Şurasının digər üzvləri isə Sevinc Həsənova (iqtisadiyyat nazirinin müavini), İdris İsayev (əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini), Comərd Əliyev və Vadim Xubanovdur (Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini).

"Qaş alan qadınlar Allah tərəfindən lənətlənib" - Azərbaycanlı dindardan qalmaqallı sözlər - VİDEO

15 Mart 2017 15:43

İlahiyyatçı Veysəl Orucovun sosial şəbəkələrdə yayımlanan videosu müzakirəyə səbəb olub.  İlahiyyatçı moizlərinin birində qadınların qaşlarını almaqlarını günah saydığını söyləyib. V.Orucovun qaş aldıran qadınların Allah tərəfindən lənətləndiyini qeyd edib. Daha sonra ilahiyyatçı "Lənətlənmiş bir qadınla kişi necə bir yerdə yaşaya bilər? Kişilər arvadlarına sahib çıxmalıdır, yiyə durmalıdır. Arvadınıza qaşlarını almasını qadağan etməlisiniz", - deyə əlavə edib.

Yaqub Mahmudov: “Bir sıra Avropa ölkələri açıq-aşkar islamofobiya meyillərini təbliğ edirlər”

15 Mart 2017 15:44

“Bir sıra Avropa ölkələri açıq-aşkar islamofobiya meyillərini təbliğ edirlər”. Bunu AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov bu gün “İslam həmrəyliyi-zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. Millət vəkilinin sözlərinə görə, bu gün dünyanın müxtəlif siyasi qüvvələri tərəfindən müsəlman dünyasında bilərəkdən qarşıdurmalar yaradılır: “Bu qüvvələr İslam dünyasında yaradılan qarşıdurmalara son qoymalıdır.

"Prezident İlham Əliyevin Fransaya səfəri səmərəli və ümidvericidir"

15 Mart 2017 15:41

"Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfəri həddən artıq məzmunlu və ümidvericidir". Bunu  Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.