Gündəm

Mənzildə kişi meyiti aşkar edilib

15 Mart 2017 16:59

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. “Olaylar”ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Hüseynov Fikrət Eyyub oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Müəllimlərin hansı qaydada əmək haqqı alacağı AÇIQLANDI

15 Mart 2017 16:57

Təmayül siniflərin təşkil olunacağı məktəblərdə müəllimlərin hansı qaydada əmək haqqı alacağı açıqlanıb. Bakı şəhəri üzrə Təhsil İdarəsindən cavab olaraq bildirilib ki, məktəblərdə təşkil olunacaq təmayül siniflərdə dərs deyəcək müəllimlərin əmək haqqı "Dövlət  ümumi təhsil müəssisələrində  bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükü normasının və aylıq vəzifə maaşının sxemi"nə uyğun olaraq ödəniləcək.

Türkmənistandan gələn toz hansı fəsadlar yarada bilər?

15 Mart 2017 16:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti meteoroloji şəraitlə bağlı olaraq ötən gecə və bu gün səhər saatlarında Türkmənistandan Azərbaycana toz dumanı gələcəyi barədə xəbərdarlıq edib.  Qeyd edilib ki, Bakı və Abşeron yarımadasında müşahidə olunan tozun miqdarı normadan çoxdur.

Yağış yağacaq

15 Mart 2017 16:46

Bakı və Abşeron yarımadasında martın 16-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Cənub küləyi gündüz  mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. 

15 mart - Ümumdünya İstehlakçıların Hüquqlarının Müdafiəsi Günüdür

15 Mart 2017 16:43

15 mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə "Düzgün məlumat - istehlakçının seçim hüququnun təminatıdır!" mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının, yerli və beynəlxalq ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri və sahibkarlar iştirak ediblər.

Çin nümayəndələri Milli Məclisdə olublar

15 Mart 2017 16:41

Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Çin Xalq Respublikasi Xarici ölkələrlə Dostluq Cəmiyyətinin nümayəndələri ilə görüşü olub.”Olaylar” xəbər verir ki, işçi qrupun rəhbəri, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov əvvəlcə Çinlə beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığımızdan söz açdı.

Bərdədə kabel oğrusu saxlanıb

15 Mart 2017 16:40

Martın 14-nə keçən gecə Bərdə rayonunun Alpoud və Tumaslı kəndləri ərazisində Rayon Telekommunikasiya Qovşağına məxsus 460 metr rabitə kabeli kəsilərək oğurlanıb, 400 metr hissəsi isə yararsız hala salınıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qarayusifli kənd sakini, əvvəllər məhkum olunmuş Arif Şıxməmmədov tutulub.

Nazirlik proqnoza 105,2% əməl edib

15 Mart 2017 16:38

Yanvar-fevral aylarında vergi daxilolmaları üzrə büdcə tapşırıqları tam həcmdə icra olunub. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, 2017-ci ilin yanvar-fevral ayları ərzində vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə 939 milyon 138,2 min manat məbləğində vəsait ödənilib və Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz tapşırıqlarına 105,2% əməl olunub. Hesabat dövründə 68 172 vergi ödəyicisi qeydiyyata alınıb ki, bunun da 492-si ƏDV ödəyiciləridir.

Cocuq Mərcanlı yoluna asfalt salınır

15 Mart 2017 16:36

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yolun asfaltlaşdırılmasına start verilib.

Qarşılıqlı siyasi münasibətlərdən doğan iqtisadi əməkdaşlıq

15 Mart 2017 16:35

Azərbaycanın regionda artan nüfuzu, beynəlxalq əhəmiyyətli layihələrin təşəbbüskarına çevrilməsi, ən əsası zəngin təbii ehtiyatları ölkəmizə olan marağı hər ötən gün artırır. Xüsusilə, rəsmi Bakıya olan bu maraq, diqqət Avropada daha çox özünü büruzə verir. Son vaxtlar qarşılıqlı səfərlərin artması, Avropanın siyasi institutları ilə ikitərəfli formatda çox mühüm müzakirələrin keçirilməsi də deyilənlərin sübutudur.

Arif Əsgərovun adı beynəlxalq korrupsiya qalmaqalında

15 Mart 2017 16:33

Azərbaycan dəmir yolunun siqnalizasiya sistemləri ilə təchizatı tenderinə dair korrupsiya işi iləbağlı İsveç prokurorluğu, bir yox, bir neçə şirkətin fəaliyyətini araşdırır. Bunu işi aparan İsveç prokuroru Tomas Forsberg BBC Azərbaycanca-ya deyib.

Suriyada canlı bomba canlar aldı

15 Mart 2017 16:31

Suriyada canlı bomba insanlara faciə yaşatdı. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Suriyanın paytaxtı Şam şəhərində canlı bomba məhkəmə binasının  önündə özünü partladı. Ölənlərin çoxunun İraqlı Şii hacılar olduğu bildirilir. Verilən məlumata görə, partlayış nəticəsində 46 nəfər həlak olub. 

Gürcü professor da Bakı Sülh Platformasına qoşuldu

15 Mart 2017 16:27

Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulması haqqında bəyanat verib.

Putin: “Serj Azatoviç, bilirəm, bu mürəkkəb prosesdir...”

15 Mart 2017 16:19

Rusiya prezidenti Vladimir Putin Moskvada səfərdə olan Ermənistan rəhbəri Serj Sərkisyanı qəbul edib.  Görüşün mətbuata açıq hissəsində Putin qısa protocol nitqi ilə çıxış edib. Ermənistanla Rusiya arasında diplomatic münasibətlərin 25 illiyinin aprelin 3-də tamam olacağını deyib və bildirib ki, iki ölkə arasında münasibətlər sözün bütün mənalarında müttəfiqlik xarakteri daşıyır.

"Bavariya"nın yoldaşlıq oyunları keçirəcəyi klublar bilindi

15 Mart 2017 16:17

"Bavariya"nın 2017-ci ilin yayı üçün yoldaşlıq oyunları keçirəcəyi klublar müəyyənləşib.  Münhen təmsilçisi 19-27 iyulda 4 klubla qüvvəsini sınayacaq. Ən diqqətçəkən qarşılaşma Bundesliqa çempionunun "Arsenal"la dueli olacaq. Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsində münhenlilər bu komandanı ümumi hesabda 10:2 məğlub etmişdilər. Mövsümöncəsi hazırlıq dövründə "Bavariya" Çin və Sinqapura gedəcək. "Bayern" nümayəndələri Çində 135 milyon klub azarkeşinin olmasını nəzərə alıb.