KTMT Ermənistanı səs hüququndan məhrum edə bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası gələn həftə üzvlük haqqını ödəmədiyinə görə Ermənistanın təşkilatda səs hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edə bilər. Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin TASS-a müsahibəsində bildirib ki, İrəvan iki ildən çoxdur ki, büdcəyə ödəniş etmir və bu səbəbdən nizamnamədə nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gəlib. Pankin bunun texniki prosedur olduğunu və yekun qərarın dövlət başçılarından asılı olacağını vurğulayıb. 

Qeyd edək ki, Ermənistan 2024-cü ildə KTMT-də iştirakını dondurduğunu elan edib və ödənişləri dayandırıb, lakin nizamnamədə dondurulma proseduru olmadığı üçün ölkə rəsmən təşkilatın üzvü olaraq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31