"Bavariya"nın yoldaşlıq oyunları keçirəcəyi klublar bilindi
"Bavariya"nın 2017-ci ilin yayı üçün yoldaşlıq oyunları keçirəcəyi klublar müəyyənləşib. Münhen təmsilçisi 19-27 iyulda 4 klubla qüvvəsini sınayacaq. Ən diqqətçəkən qarşılaşma Bundesliqa çempionunun "Arsenal"la dueli olacaq. Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsində münhenlilər bu komandanı ümumi hesabda 10:2 məğlub etmişdilər. Mövsümöncəsi hazırlıq dövründə "Bavariya" Çin və Sinqapura gedəcək. "Bayern" nümayəndələri Çində 135 milyon klub azarkeşinin olmasını nəzərə alıb.
15 Mart 2017 16:17 İdman"Bavariya"nın 2017-ci ilin yayı üçün yoldaşlıq oyunları keçirəcəyi klublar müəyyənləşib. Münhen təmsilçisi 19-27 iyulda 4 klubla qüvvəsini sınayacaq. Ən diqqətçəkən qarşılaşma Bundesliqa çempionunun "Arsenal"la dueli olacaq. Belə ki, Çempionlar Liqasının 1/8 final mərhələsində münhenlilər bu komandanı ümumi hesabda 10:2 məğlub etmişdilər. Mövsümöncəsi hazırlıq dövründə "Bavariya" Çin və Sinqapura gedəcək. "Bayern" nümayəndələri Çində 135 milyon klub azarkeşinin olmasını nəzərə alıb. Goal.az
Hazırlıq oyunları:
19 iyul - "Arsenal"
22 iyul - "Milan"
25 iyul - "Çelsi"
27 iyul - "İnter"