Gündəm
FHN Akademiyası kursant qəbulu elan edir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası 2017/2018-ci tədris ili üçün bakalavriat səviyyəsində kursant qəbulu elan edir. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, FHN-in Akademiyasında “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. Akademiyaya qəbul olmaq istəyən namizədlər tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 17 yaşı tamam olan, yaxud müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək, boyu 170 sm-dən az olmayan Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
Uşaq əməyinin istismarı ilə bağlı tədbir keçirilib
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 12 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi tərəfindən Quba şəhərində “Uşaq əməyinin istismarı və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri” mövzusunda regional seminar-müşavirə keçirilib.
ASAN Könüllüləri Cocuq Mərcanlıda ağac əkiblər
ASAN Könüllüləri” torpaq çərşənbəsini Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlıda keçirib. Məlumata görə, səfər zamanı könüllülərə məlumat verilib ki, ötən il uğurlu aprel əməliyyatlarından sonra Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamı mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtmasına zəmin yaranıb, həmin ərazilərdə yenidənqurma işlərinə start verilib.
Ankara Avropanı dağıdacaq planı işə salır
Türkiyə rəsmilərini ölkəyə buraxmayan Avropa ölkələri və Ankara arasında gərginlik davam edir. Ankara və Avropa İttifaqı arasında gərginlik yaradacaq növbəti bəyanat Türkiyənin Avropa İttifaqı üzrə naziri və baş müzakirəçisi Ömer Çelikdən gəlib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə bağlanan miqrant razılaşmasının qüvvədə qalması üçün heç bir səbəb yoxdur:
Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri martın 15-də başa çatıb.
Bakıda nəqliyyatın hərəkəti DƏYİŞDİRİLƏCƏK
"Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təhlükəsiz və səmərəli şəraitdə keçirilməsini təmin etmək məqsədilə yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə və parklanmaya məhdudiyyətlər tətbiq ediləcək".
Prezident Fransua Ollandın adından Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib - YENİLƏNİB
Martın 14-də Fransa Respublikasının Prezidenti Fransua Ollandın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.
Almaniyada şok anket nəticələri - Almanlar türk nazirlərə "Hə" dedilər
Almaniyada "SAT.1" telekanalı türk nazirlərə dair sorğu keçirib. Sorğu nəticələri almanların gözləmədiyi kimi olub. Türk vətəndaşların da iştirak etdiyi sorğuda alman nazirlərə aid qadağada "xeyir" cavabı üstünlük təşkil edib.
2 milyonluq oğurluğun arxasından "Reina" terroru çıxdı - TÜRKİYƏ ŞOKDA - VİDEO
Təxminən 1 il əvvəl İstanbulun Yenibosna ərazisində 2 milyon dollara qədər pulun oğurlanması hadisəsinin "Reina" terroru ilə birabşa bağlılığı ortaya çıxıb.
Avtomobili qaçırıb satanlar ələ keçib
Masallı sakinləri Tahir Abdinov və Natiq Muradov avtomobil qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanıblar. DİN-dən verilən məlumata görə, tutulan Tahir Abdinovun və Natiq Muradovun ətraflarında Baş Cinayət Axtarışı İdarəsi, Masallı RPŞ və Biləsuvar RPŞ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların Şamil Hüseynova məxsus qaçırdıqları “VAZ-2107” markalı avtomobili Cəlilabad şəhər sakini Fadil Fərziyevə satmaları müəyyən edilib. F.Fərziyevin yaşadığı evin həyətinə baxış zamanı qeyd edilən avtomobil aşkar edilərək götürülüb.
Keçmiş məhkumdan marixuana götürülüb
Bakı şəhər sakinində narkotik maddə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Binəqədi RPİ 40-cı PB-nin əməkdaşları tərəfindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Əliyevdən 1,125 qram heroin və 16,199 qram marixuana, Sulutəbə qəsəbəsindəki evinə baxış zamanı isə 1 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.
Sərnişin gəmisi istismara verilib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasına məxsus “PSK-38” sərnişin gəmisi tərsanə təmirindən çıxıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, gəminin sualtı hissəsi, mühərriklərin soyutma sistemləri təmir olunub. Eyni zamanda, gəminin val və sükan qurğusu, gövdə hissələrinin qalınlığı yoxlanılıb. Gəmiçiliyin “Bibiheybət” Gəmi Təmir Zavodunda aparılan təmir işləri başa çatandan sonra Rusiya Dəniz Gəmiçiliyi Registrinin nümayəndələri tərəfindən 54 sərnişin tutumuna malik gəmi registr yoxlanışından keçirilib və daha bir il istismarına icazə verilib. 150 at gücünə malik mühərriklə təchiz olunması isə uzunluğu 29, eni 6.5 metr olan sərnişin gəmisinə sürətini 10 uzelə qədər artırmağa imkan verir.
“Günəşli” yatağında daha bir quyu istismara verilib
Ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Günəşli” yatağındakı 15 saylı dərin dəniz özülündən 271 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin IX horizontundan qazlift üsulu ilə məhsul verib, 2977-2900 metr intervaldan sutkalıq 82 ton neft və 10000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib. Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
“Dəniz Kuboku -2017” beynəlxalq yarışı keçiriləcək
Martın 15-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib.
"Twitter" bir sıra təşkilatın hesablarına böyük haker hücumu olduğunu təsdiqləyib
"Twitter" şirkəti bu gün bir neçə böyük şirkət və təşkilatın hesabına haker hücumu olduğunu təsdiq edib.














