Gündəm
"Matrisa" yenidən çəkilir
"Warner Bros." kinostudiyası Kianu Rivzin baş rolda şəkildiyi məşhur "Matrisa" filminin davamını çəkəcək. Filmin əvvəlki ssenari müəllifi və rejissoru olan Vaçovski qardaşlarının (cinsiyyətlərini dəyişdikdən sonra Vaçovski bacıları adlanırlar - red.) remeykin istehsalında iştirak edib-etməyəcəyi bəlli deyil.
Ürək xəstələri üçün İDEAL PƏHRİZ
Amerika alimləri bu qənaətə gəliblər ki, bitki məhsulları ilə zəngin rasion aterosklerotik ürək-damar patologiyaları (ASCVD) riskini azaldır.
Kıvanç Tatlıtuğun yeni tərəf müqabili bilindi - Braziliyalı model
Aktyor Kıvanç Tatlıtuğun yeni reklam filmindəki tərəf müqabili bəlli olub. Markanın yaz-yay kampaniyası üçün baş tutacaq çəkilişlərdə Kıvança 22 yaşlı braziliyalı model Sindi Mello tərəfdaşlıq edəcək.
Zakir Həsənov yüksək rütbəli zabitləri TOPLADI
Martın 15-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.
Elmi tədqiqatların vəziyyəti və gələcək inkişafı müzakirə edilib
Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev “Gəncə Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.
“Naxçıvan əhalisinin etnogenezi tarixindən”
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvan əhalisinin etnogenezi tarixindən” monoqrafiyasının 2-ci cildinin təqdimat mərasimi keçirilib.
Ronaldinyo "Qəbələ" ilə müqavilə imzaldı
Məşhur braziliyalı futbolçu Ronaldinyo "Qəbələ" ilə müqavilə imzalayıb. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun da iştirak etdiyi imzalama mərasimi Dubayın "Burc əl Ərəb" otelində keçirilib. Tərəflər iki illik sözləşməyə imza atıb.
Münxen konfransı: həll edilməyən məsələlər arxasındakı ziddiyyətlər
Münxen şəhərində hər il beynəlxalq təhlükəsizliyin aktual problemlərinə həsr edilən konfrans təşkil edilir. Adətən tədbirə dünyanın yüksək səviyyəli siyasət adamları dəvət edilir. Bu dəfə keçirilən konfransda hazırda dünyanı təhdid edən faktorlar müzakirə edilib.
Evinizdə bunu etməsəz, daim xəstə OLACAQSIZ
Soyuqlar başlayanda evlərimizdə hava daha quru olur. Qış vaxtında havanın rütubəti 15% olur ki, bu da dünyanın bəzi səhralarından daha quru göstərici deməkdir. Şaxta havanın tərkibindəki nəmi özünə sovurur, otaqdakı istilik sistemləri isə bu effekti daha da gücləndirir. Soyuq havalarda otağı daimi olaraq havalandırmaq təkcə mənzilin havasını təravətləndirmək və içərini oksigenlə təmin etməklə bitmir, eyni zamanda təzadlı olsa da, otağın havasını daha da qurudur. Havada yetərli rütubətin olmaması insanın immun sisteminə çox pis təsir göstərərək xroniki yorğunluq və müxtəlif patoloji problemlərə – pis yuxu, dərinin üst qatının quruması, əzginlik, baş ağrıları, xroniki xəstəliklərin kəskinlışməsinə səbəb olur.
Nazirlik: Bayram günlərində əhali fasiləsiz nəqliyyat və telekommunikasiya xidmətləri ilə təmin ediləcək
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsinə dair tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Novruz bayramı münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.
Dəməşqdə ikinci PARTLAYIŞ
Suriyanın paytaxtı Dəməşqdə gün ərzində ikinci partlayış baş verib. Hadisə paytaxtın şimal-qərb hissəsində, ər-Rabva rayonunda qeydə alınıb. SANA agentliyi partlayışın terror aktı olduğunu yazır.
ADU-da Novruz bayramı qeyd olunub
Martın 14-15-də Azərbaycan Dillər Universitetində (ADU) Novruz bayramına həsr olunan musiqili tədbirlər keçirilib. ADU-nun Rəşid Behbudov və Təbriz küçələrində yerləşən tədris binalarında keçirilən tədbirlərdə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi milli bayramımız Novruz bayramının tarixi, ənənələri, atributları haqqında məlumat verilib, həmçinin gəlişi ilə təbiəti canlandıran bayramın baharın müjdəçisi olduğu vurğulanıb.
Sahibkarlardan elektron qaimə-faktura tələb ediləcək
Nazirlər Kabineti “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları"nı təsdiqləyib. Qaydaya əsasən, Azərbaycanda elektron qaimə-fakturanın təsdiq edilmiş forma va rekvizitlərə uyğun olaraq mərkəzləşdirilmiş qaydada uçotunun aparılması və tətbiqi Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək.










.jpg)



