Filippinlər ABŞ-dan hərbi yardımın davam etdiriləcəyinə ümid edir-ÖZƏL
11:37 DünyaFilippin hakimiyyəti ABŞ Konqresində Demokrat Partiyasının nəzarəti ələ keçirməsinin Vaşinqtonun ölkənin silahlı qüvvələrinin modernləşdirilməsinə ayırdığı maliyyəyə təsir etməyəcəyini gözləyir.
Olaylar.az xəbər verir ki, Filippinin ABŞ-dakı səfiri Xose Manuel Romualdes bildirib ki, Manilanın Konqresdə hər iki partiyanın güclü dəstəyinə malik olduğuna görə əməkdaşlığın əvvəlki qaydada davam edəcəyinə əmindir.
Diplomat, həmçinin ABŞ-ın Filippini əsas müttəfiqlərindən biri hesab etdiyini vurğulayıb. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp noyabrın ikinci yarısında keçiriləcək ASEAN-ın 49-cu sammitində Vaşinqtonun hərbi öhdəliklərini bir daha təsdiqləyə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31