Putin və Sarkisyan bu gün Dağlıq Qarabağdan danışacaqlar
Rusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər.
15 Mart 2017 13:57 DünyaRusiya prezidenti Vladimir Putin və onun erməni həmkarı Serj Sarkisyan bu gün Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər. Tərəflər həmçinin siyasi, iqtisadi-ticarət və humanitar-mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın əsas məsələlərini müzakirə edəcəklər.
Bundan başqa, Avrasiya məkanında inteqrasiyanın inkişafının perspektivləri müzakirə ediləcək. Publika.az "RİA Novosti"yə istinadən xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31