Gündəm

Nazir İsmayıllıda vətəndaşlarla görüşüb

29 Mart 2017 15:55

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 29-da İsmayıllıda keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında ümummilli liderin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyası ilə tanış olub.

Ərəb şeyxləri Sarkisyanı devirmək üçün milyardlar ayırır

29 Mart 2017 15:51

Biz qazanacağıq, həmkarlarım beş ildir zəng edirlər, deyirlər ki, Ermənistana 15 milyard investisiya qoymağa hazırıq. Bunu dünən İrəvanın İdman-Konsert Kompleksində tərəfdarları qarşısında çıxışı zamanı Qaqik Tsarukyan deyib. 

Millət vəkilindən orjinal təklif

29 Mart 2017 15:45

“Azərbaycanda ədəbiyyat dərslərinə yazıçı və şairlərin əsərləri salınanda Yazıçılar Birliyinin rəyi alınsın”. Bu təkliflə millət vəkili,  Milli Məclisinİctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edib.

Dünyada 200 milyondan çox işsiz var

29 Mart 2017 15:44

Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans öz işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Oğrular ələ keçdilər

29 Mart 2017 15:42

Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 26-da Binəqədi rayonu ərazisindəki evlərdən birinin saxlanc yerindən 4 ədəd təkər və disk oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Tofiq Məmmədov tutulub, digər 1 nəfər isə müəyyən edilib.

Putin Yaxın Şərqdə sabitliyin təmin olunması şərtini açıqladı

29 Mart 2017 15:35

Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərqdə sabitliyin təmin olunması şərtini açıqlayıb. Dövlət başçısının yüksək səviyyəli ümumərəb görüşünün iştirakçılarına müraciətində qeyd olunur ki, Yaxın Şərqdəki vəziyyətin uzunmüddətli sabitləşməsi üçün Fələstin problemi həll edilməlidir.

Qeyri-neft sektorunun inkişafı dövlətin əsas prioritetidir

29 Mart 2017 15:29

Azərbaycan bir neçə ildir ki, qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşısına başlıca məqsəd olaraq qoyub. Etiraf etmək lazımdır ki, ötən illərdə bu sahədə ciddi uğurlar da əldə edilib. Məhz elə bunun göstəricisi idi ki, 2015-ci ilin sonlarından dünyada neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsindən sonra yaranan iqtisadi böhran Azərbaycana minimum səviyyədə təsir göstərdi.

Ermənilərin böyük bir coğrafiyanı əhatə edən soyqırım siyasəti

29 Mart 2017 15:25

Bu günlərdə xalqımız ağrı-acı hissi ilə 31 mart-Azərbaycanlıların Soyqırım Gününü qeyd edir. 100 ilə yaxın tarixə malik olan bu soyqırımın dünyaya çatdırılması istiqamətində müvafiq işlər görülsə də, lakin dünya birliyi bunu görməməzlikdən gəlir. Necə ki, Xocalıda həyata keçirilən soyqırıma da eyni münasibət bəslənilir.

Həmsədrlərin növbəti həll variantı

29 Mart 2017 15:23

ATƏT-in Minsk qrupu yenidən Ermənistanın maraqlarına xidmət edən gedişlər etməkdədir. Hər halda vasitəçilərin bir neçə gün əvvəl İrəvanda verdikləri açıqlama belə deməyə əsas verir.

Pambıqçılığın inkişafı həm də məşğulluq probleminin həlli deməkdir

29 Mart 2017 15:11

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış qeyri-müəyyənlik digər   sahələrdə olduğu  kimi, kənd təssərrüfatına da mənfi təsirini göstərmişdi. Bir vaxtlar respublikamıza külli miqdarda vəsait gətirən, əhalinin dolanışıq, gəlir mənbəyinə çevrilən “ağ qızıl” istehsalı da tədricən unudulurdu. Üstəlik torpaqlar kəndlilərə verildikdən, kolxoz və sovxozlar dağıldıqdan sonra pambıq əkinində də sərbəstlik yarandı. Texnika, mineral kübrələr və məhsulu satmaq üçün bazar olmadığından pambıqçılığa olan maraq ildən-ilə zəiflədi.

Paytaxtda daha bir küçə təmir olundu

29 Mart 2017 15:09

Bakı şəhərində nəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi tam olaraq təmir olunub.

Razi Nurullayev müxalifəti qınadı

29 Mart 2017 15:08

“Heç kim göydən yerə zənbil ilə enməyib. Hər kəs əvəzoluna bilər, əslində əvəzolunmaz insan yoxdur. Siyasətçilər də, həmçinin”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri AXCP sədri Razi Nurullayev səsləndirib.

Tomas de Valldan mühüm Qarabağ açıqlaması: "Müharibə istəmirlərsə..."

29 Mart 2017 14:58

Ötən il Qarabağ məsələsinin nizamlanması üçün olduqca təhlükəli olub və bu ilin də təmas xəttində ciddi silahların tətbiqi imkanı baxımından daha çətin olacağı istisna edilmir. Bunu Karnegi fondunun elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vall deyib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin diplomatik yolla həllinin alternativi yoxdur. Bunu Vyanada əldə olunan razılaşma da sübut edir. 

Ermənistanın növbəti Lapşin yalanı - Lukaşenkonu qəzəbləndirəcək sözlər

29 Mart 2017 14:55

Ermənistanın Lapşin məsələsində Belarusa müraciət etməməsi barədə bəyanat həqiqəti əks etdirmir. Bunu Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəriTiqran Balayan deyib: "Biz bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə Belarusa dəfələrlə müraciət etmişik".

Sergey Lavrov: "Azərbaycan bizə yardım edib"

29 Mart 2017 14:53

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın bu ölkəyə yardımlarını yada salıb. Bu barədə Sergey Lavrov "Arqumenti i faktı" nəşrinə müsahibəsində bildirib.