Oğrular ələ keçdilər
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 26-da Binəqədi rayonu ərazisindəki evlərdən birinin saxlanc yerindən 4 ədəd təkər və disk oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Tofiq Məmmədov tutulub, digər 1 nəfər isə müəyyən edilib.
29 Mart 2017 15:42 KriminalAzərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 26-da Binəqədi rayonu ərazisindəki evlərdən birinin saxlanc yerindən 4 ədəd təkər və disk oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Tofiq Məmmədov tutulub, digər 1 nəfər isə müəyyən edilib. Ətrafında aparılan tədbirlərlə onların 3 nəfərə məxsus velosipedləri, habelə 1 avtomobildən monitor oğurlamaları da müəyyən edilib. Bundan başqa Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 avtomobildən akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Mirhüseyn Hacızadə tutulub.