Dünyada 200 milyondan çox işsiz var

Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans öz işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.

Azərbaycanda Beynəlxalq Əmək Təşkilatının (BƏT) "Əməyin gələcəyi" təşəbbüsünə uyğun olaraq, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş milli dialoqun yekunlarına dair konfrans öz işinə başlayıb. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Konfransı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, bu gün dünyada müşahidə olunan ictimai, siyasi və sosial ziddiyyətlər, işsizlərin sayının 200 milyonu aşması, ekoloji və təbii resurların istifadəsi və tükənməsi problemləri fonunda insan həyatı üçün yarana biləcək təhdidlərin qarşısının alınması ideyası bəşəriyyətin gələcək konsepsiyasının əsasını təşkil edir. S.Müslümov qeyd edib ki, son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75%-dən 65%-ə qədər azalıb. Səviyyəli sosial müdafiə ilə dünya əhalisinin cəmi 27%-i əhatə olunur. Son 25 ildə beynəlxalq miqrasiya 50%-dən çox artaraq hazırda 232 milyon kişi və qadını əhatə edir". Nazirin sözlərinə görə, hazırda dünyada 168 milyon işləyən uşaq və 21 milyon nəfər məcburi əməyə cəlb edilən var. S.Müslümov qeyd edib ki, bütün dünyada əmək sferasında, əvvəllər olduğu kimi, yenə də təkcə gender səbəblərinə görə deyil, həm də etnik mənsubiyyətə, dini inanca və əlilliyə görə dərin kök salmış diskriminasiya müşahidə olunur. Nazir bildirib ki, "Əməyin gələcəyi" konsepsiyasından irəli gələn təşəbbüslər, xüsusilə davamlı insan inkişafının təmin edilməsi məsələləri milli səviyyədə müzakirələrin mərkəzində dayanır: "Azərbaycan Hökuməti ilə BƏT arasında 2016-2020-ci illər üçün imzalanmış Layiqli Əmək üzrə Ölkə Proqramı sosial inkişaf naminə mühüm məqsədlərin reallaşmasına xidmət edən növbəti bir addımdır. Beynəlxalq əmək normalarının və əmək münasibətləri sahəsində əsas prinsiplərin və hüquqların təşviqi, sosial dialogun inkişafı, səmərəli aktiv əmək bazarı proqramlarının həyata keçirilməsi vasitəsi ilə məşğulluğun artırılması, sahibkarlıq imkanlarının genişləndirilməsi və sosial müdafiə sisteminin gücləndirilməsi Ölkə Proqramının prioritetlərini təşkil edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31