Ermənistanın növbəti Lapşin yalanı - Lukaşenkonu qəzəbləndirəcək sözlər

Ermənistanın Lapşin məsələsində Belarusa müraciət etməməsi barədə bəyanat həqiqəti əks etdirmir. Bunu Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəriTiqran Balayan deyib: "Biz bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə Belarusa dəfələrlə müraciət etmişik".

Ermənistanın Lapşin məsələsində Belarusa müraciət etməməsi barədə bəyanat həqiqəti əks etdirmir. Bunu Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan deyib: "Biz bu məsələ ilə bağlı müxtəlif səviyyələrdə Belarusa dəfələrlə müraciət etmişik".

Qeyd edək ki, ötən gün Ermənistan səfiri ilə görüşən Belarus prezidenti Aleksandr Lukaşenkobloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasından danışıb. O bildirib ki, Lapşinlə bağlı Ermənistan tərəfindən ona müraciət edilməyib.

"Ermənistan mənə Lapşin barədə heç vaxt heç nə deməyib. O, Azərbaycan tərəfindən axtarışa verilib. İnterpol bunu bilirdi. Biz prosedur qaydalarına uyğun olaraq xəbər verdik. Lapşini axtarışa verənlərə qaytarmalı idik". Azvision.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31