Gündəm
“Ermənilərin törətdiyi faciələr bütün dünya tarixi üçün silinməz ləkədir” Yaqub Mahmudov
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru Yaqub Mahmudov 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfransda çıxışı zamanı ermənilərin Azərbaycana qarşı apardığı soyqırım siyasətindən tədbir iştirakşılarına ətraflı məlumat verdi.
Seçkilərdə iştirak qaydalarını pozanların cəzası SƏRTLƏŞDİRİLİR
Seçkilərdə (referendumda) iştirak qaydalarının pozulmasına görə cəzanın sərtləşdirilməsi təklif edilir. Cinayət Məcəlləsinin 159-1-ci maddəsinə əsasən, namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etməsinə və ya onu pozmasına görə 2 yüz manatdan 6 yüz manatadək miqdarda cərimə və ya 400 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur.
İnternat məktəbinin direktoru uşaqlara işgəncələr verirmiş - Azərbaycanda
Çox zaman "internat uşağı" dedikdə, göz önünə atılmış, tərk edilmiş uşaqlar gəlir. Amma heç də hər zaman belə olmur. Bəzən internat evi seçim də ola bilir. Ata-anası olmayan birinin son "ümid yeri" kimi.
Azərbaycanlı oliqarxlara görə keçmiş deputatın evində axtarış - Məşuqəsi tapıldı
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları "Ədalətli Rusiya" partiyasından keçmiş deputat İldar Samiyevin mənzilində axtarış aparıb. Axtarış Samiyevin azərbaycanlı oliqarxlar Roman və Solomon Manaşirov qardaşlarının (biri həbsdədir, o biri İsrailə qaçıb) ortaq biznesi, korrupsiya əlaqələri ilə bağlıdır. FTX əməliyyatçılarını axtarışda İstintaq Komitəsinin müstəntiqləri müşaiyət edib. Samiyevin axtarış aparılan iki səviyyəli mənzili "Fantaziyalar adası" adlı elit yaşayış kvartalında yerləşir.
Azərbaycan-Türkiyə-Pakistan münasibətlərinin inkişafı regiona nə vəd edir
Bir neçə gün əvvəl Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının iclası keçirildi. Bu iclasın əsas diqqəti şübhəsiz ki, Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın liderləri- baş nazir Navaz Şəriflə prezident Məmnun Hüseyinin üzərində idi. Tədbirə çox sayda qonaq dəvət edilsə də xarici media orqanları əsasən üç liderin apardığı işləri , görüşləri və çıxışları işıqlandırırdılar.
Türkiyənin iki atleti cəzalandırıldı - DOPİNQ QALMAQALI
Türkiyənin xanım atletləri Elvan Abeylegesse və Qamze Bulut dopinq-testdən keçə bilmədikləri üçün cəzalandırılıb. Bu barədə Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) qərar verib.
Hitlerin nazirinə məxsus silahı qanunsuz ələ keçirən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq soyuq silah satmaqda və dələduzluqda təqsirləndirilən Vəli Cəlalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Cəlalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Akif Çovdarovun məhkəməsində iş adamı İsfəndiyar Axundov ifadə verib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Qubada Soyqırım Məzarlığındakı sümüklər çürüyür"
Quba Memorial Soyqırım Kompleksindəki insan sümükləri çürüməyə başlayıb. zərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnistitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev report-a bildirib ki, ərazi yüksək səviyyədə qorunsa da, korroziyyanın qarşısını almaq mümkün deyil. "Bu il aprelin 1-də məzarlığın aşkar edilməsinin 10 ili tamam olacaq. Təbii proseslər nəticəsində çürümə halları arta bilər. Azərbaycan Milli Elmlər Akademiyasında tarixçi alimlərin iştirakı ilə bir neçə dəfə müşavirə keçirilib. Qərara alınıb ki, sümüklərin çürüməməsi üçün ərazi mütləq şüşə örtüklə bağlanılmalıdır. Əks halda çürümə prosesi sürətlənəcək".
“Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı keçirilib
Martın 29-da Prezident Kitabxanasında “Azərbaycan ədəbiyyatı özbək dilində” layihəsinin təqdimatı keçirilib. Təqdimatı açan Kitabxananın direktoru Mayıl Əhmədov qeyd etmişdir ki, iki ölkə arasında inkişaf etmiş siyasi münasibətlərlə yanaşı, Azərbaycan və özbək xalqları arasında dərin köklərə malik olan mədəni-ədəbi əlaqələr dəgenişlənməkdədir.
Deputat: “Kreditlərin bir hissəsini hökumət və banklar öz öhdəsinə götürsün”
“Cənab prezidentin Maliyyə Bazarlarına Nəzarət Palatasına etimadı tamdır. Bizim də bu orqana etimadımız tamdır. Şəxsən mən bu orqana çox böyük ümidlər bəsləyirəm”.
Banklarla bağlı şikayətlərin sayı artır
“Bu gün banklarla bağlı olan vəziyyət hamını narahat edir. Maliyyə Bazarlarına Nəzarət Palatası bununla bağlı kifayət qədər addımlar atır. Ancaq bu sahədə kifayət qədər həssaslıq var”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin martın 29-da keçirilən iclasında deputat Azay Quliyev deyib. Deputatın sözlərinə görə, statistikaya baxsaq, görərik ki, keçən il 700 minə qədər məhkəmə işi olub:
Prezidentin şərəf və ləyaqətini ləkələməyə görə cəzalar daha da sərtləşdirilir
Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəza sərtləşdirilir. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişiklik layihəsinə əsasən, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
İngilis dili müəllimləri Londonda səfərdə olublar
Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “İcmalar üçün ingilis dili” layihəsi çərçivəsində ümumtəhsil müəssisələrində dərs deyən bir qrup ingilis dili müəllimi Böyük Britaniyanın paytaxtı London şəhərində səfərdə olublar.
Hərbi Akademiyada görüş keçirilib
Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında imzalanan plana uyğun olaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasında ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində görüş keçirilib.














