Prezidentin şərəf və ləyaqətini ləkələməyə görə cəzalar daha da sərtləşdirilir

Azərbaycanda dövlət başçısının şərəf və ləyaqətini ləkələməyə görə nəzərdə tutulan cəza sərtləşdirilir. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişiklik layihəsinə əsasən, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında ləkələmə və ya alçaltmaya görə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Hazırkı qanunvericiliyə əsasən, bu məbləğ 500 manatdan 1000 manatadək miqdarındadır. Bu əməllərin internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə 2 min manatdan 3 min manata qədər olması təklif edilir. Hazırda isə bu məbləğ 1000 manatdan 1500 manatadəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31