Gündəm

Gəncə və Qazaxda gənclər üçün treninqlər keçirilib

29 Mart 2017 17:41

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Əlil Qadınlar Cəmiyyətinin Gəncə şəhər şöbəsində əlil gənclər üçün "Biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında treninq keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bakı Musiqi Akademiyasında istehlakçı hüquqlarına dair seminar keçirilib

29 Mart 2017 17:39

İstehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi və onların maarifləndirilməsi sahəsində İqtisadiyyat Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər keçirilir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, ali və orta ixtisas təhsil müəssisələri tələbələrinin maarifləndirilməsi məqsədilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti belə tədbir martın 29-da Bakı Musiqi Akademiyasında keçirilib."İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda təşkil olunan seminarda təhsil müəssisəsinin 100-ə yaxın müəllim və tələbə heyəti iştirak edib.

İSİM-in nümayəndələri Finlandiyada keçirilən seminarda

29 Mart 2017 17:37

Finlandiyanın Helsiki şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Finlandiyanın Milli Sağlamlıq və Rifah İnstitutunun təşkilatçılığı ilə "Qeyri-infeksion xəstəliklərin profilaktikası" mövzusunda 5 günlük nəzəri və praktik seminar keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, seminar MDB, Mərkəzi Asiya ölkələri və Türkiyə Cümhuriyyətinin ictimai səhiyyə mütəxəssisləri, səhiyyə nazirliklərinin müvafiq mütəxəssisləri üçün nəzərdə tutulmuşdu. Azərbaycanı bu seminarda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) nümayəndələri təmsil etdilər.

Nazirlikdə “Shopping festival”ı ilə bağlı müzakirələr aparılıb

29 Mart 2017 17:35

Martın 29-da Vergilər Nazirliyində ticarət festivallarının təşkili ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının, Mədəniyyət və Turizm Nazirliyinin və bankların nümayəndələri ilə görüş keçirilib. 

Müsabiqə elan edildi

29 Mart 2017 17:34

Qeyri-neft ixrac potensialının yüksəldilməsində keyfiyyət infrastrukturu sahələrinin (texniki tənzimləmə, standartlaşdırma, metrologiya, akkreditasiya və patent) rolunun ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq

Bakının 4-cü mikrorayonunda həyətyanı sahələr və hasarlar niyə sökülür?

29 Mart 2017 17:30

Bakının Nəsimi rayonu 4-cü mikrorayon ərazisində beş mərtəbəli binaların həyətyanı sahələri sökülür. Binaların arasında salınmış, sakinlərin istirahət yerləri və qaraj kimi istifadə olunan tikililər dağıdılır.

Dövlətin bankirini Rza Zərrab və İran işinə görə Nyu-York aeroportunda qandalladılar

29 Mart 2017 17:28

Bakı vaxtı ilə ötən gecə Türkiyənin ən iri dövlət bankı olan “Halk Bank”ın idarə heyətnin baş icraçı direktorunun müavini Mehmet Hakan Atilla Nyu-Yorkun Kennedi aeroportunda həbs olunub.

Serj Sarkisyan öz ətrafına etibar etmir

29 Mart 2017 17:24

Ermənistan prezidenti Serj Sarkisyan çevrəsində olanlara etibar etmir. Bu barədə “Qraparak” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən məlumat yayıb.

Ermənistan ordusunun baş leytenantı təmas xəttində vuruldu

29 Mart 2017 17:21

Ermənistan ordusunun son günlər təmas xəttində verdiyi və ictimaiyyətdən gizlədilən daha bir hərbçi itkisi barədə məlumat yayılıb.

Gürcüstan Azərbaycanlı Tələbələr Assosiasiyası Sülh Platformasına qoşulub

29 Mart 2017 17:15

Gürcüstan-Azərbaycan Tələbələr Birliyinin sədri (GATA) Samirə İsmayılova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması ilə əlaqədar bəyanat verib. 

QMİ dünya ictimaiyyətini ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinə qiymət verməyə çağırıb

29 Mart 2017 17:13

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) dünya ictimaiyyətinə müraciət edib.  QMİ-dən  verilən məlumata görə, müraciətdə deyilir:“Azərbaycan Respublikasının vətəndaşları və milyonlarla dünya azərbaycanlılarının dilək və hisslərini ifadə edərək, bütün dünya ictimaiyyətinə müraciət edirik. Dünya tarixində milli, irqi, dini mənsubiyyətinə görə törədilmiş soyqırım faktları bəşəriyyətin qan yaddaşında “qara ləkələr” kimi qalır və insanlığa qarşı ən böyük günahlardan hesab olunur. Belə faciəvi soyqırımı cinayətlərinə məruz qalan xalqlardan biri də azərbaycanlılardır və bu dəhşətli fəlakətlərin mütəmadi xarakter alması bütün Azərbaycan cəmiyyətini daima narahat edir.

İlk dəfə Xoreoqrafiya  sənəti üzrə Azərbaycan dilində dərsliklər

29 Mart 2017 17:11

29 mart tarixində Bakı Xoreoqrafiya Akademiyasının İctimai fənlər kafedrasının təşkilatçılığı ilə kafedranın müəllimləri tərəfindən hazırlanmış bir sıra dərslik, dərs vəsaiti və tədris proqramlarının təqdimatı ilə bağlı dəyirmi masa keçirilib.

Uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxdı

29 Mart 2017 17:08

“Azərbaycan müstəqillik əldə etdikdən sonra öz tarixi keçmişini daha yaxşı öyrənmək imnkanı əldə etdi. Uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxdı. Xalqımıza qarşı zaman – zaman törədilmiş və beynəlxalq miqyasda heç vaxt qiymətini almamış  soyqırım hadisələri bu qəbildəndi” – bunu Ombudsman Elmira Süleymanova Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfransda çıxışı zamanı qeyd edib.

Muzeydə növbəti tədbir

29 Mart 2017 17:09

Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına müvafiq olaraq mütəmadi olaraq multikulturalizm mövzusunda seminarlar keçirilir. Muzeydən “Olaylar” – a bildirilib ki, növbətibelə birseminar“Azərbaycan:birmultikulturalizmnümunəsi” mövzusundatəşkiledilib. Tədbirdə dinivə etnikicmalarınnümayəndələri, H.Mahmudbəyovadına 2 №-lı texniki-humanitarliseyinşagirdlərivə BDUtələbələridə iştirakedib.