Serj Sarkisyan öz ətrafına etibar etmir

Ermənistan prezidenti Serj Sarkisyan çevrəsində olanlara etibar etmir. Bu barədə “Qraparak” qəzeti hakimiyyətdəki mənbələrinə istinadən məlumat yayıb.

Ermənistan prezidenti Serj Sarkisyan çevrəsində olanlara etibar etmir. Bu barədə "Qraparak" qəzeti hakimiyyətdəki mənbələrinə istinadən məlumat yayıb.

"Əgər əvvəlki seçkilərdə, hətta prezident seçkilərində belə, qərargaha yalnız bir neçə dəqiqəliyə gələrdisə, o da axşam, indi hər yerə özü gedir, baxır, yoxlayır"- qəzet yazır.

Qəzet ortaya belə bir sual qoyur: bu nəyə görədir - prezident postunu tərk edir, yoxsa Ermənistan Respublika Partiyasına olan ümid göstəricisi aşağıdır?

"Yox, bu dəfə o, seçkilərin əvvəlkilərdən daha yaxşı keçməsini istəyir", - nəşr yazır.

Qəzet, həmçinin xatırladır ki, bu gün Serj Sarkisyan və Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan Avropa Xalq Partiyasının qurultayında iştirak etmək üçün Maltaya yola düşürlər. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31