Uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxdı
“Azərbaycan müstəqillik əldə etdikdən sonra öz tarixi keçmişini daha yaxşı öyrənmək imnkanı əldə etdi. Uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxdı. Xalqımıza qarşı zaman – zaman törədilmiş və beynəlxalq miqyasda heç vaxt qiymətini almamış soyqırım hadisələri bu qəbildəndi” – bunu Ombudsman Elmira Süleymanova Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfransda çıxışı zamanı qeyd edib.
29 Mart 2017 17:08 Sosial"Azərbaycan müstəqillik əldə etdikdən sonra öz tarixi keçmişini daha yaxşı öyrənmək imnkanı əldə etdi. Uzun illər gizli qalan həqiqətlər tədricən üzə çıxdı. Xalqımıza qarşı zaman - zaman törədilmiş və beynəlxalq miqyasda heç vaxt qiymətini almamış soyqırım hadisələri bu qəbildəndi" - bunu Ombudsman Elmira Süleymanova Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi-praktik konfransda çıxışı zamanı qeyd edib.
Tədbiri giriş sözü ilə açan Ombudsaman Elmira Süleymanova iştirakşıları ilk olaraq 31 Mart Azərbaycanlıların soyqırımından bəhs edən filmə baxmağa dəvət etdi.
Tədbirdə daha sonra çıxış edən AMEA- nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycan Respublikası Hərbi Prokurorunun müavini Rasim Kazımov, millət vəkili Elman Nəsirov, AYB - nin Cənub bölməsinin rəhbəri Sayman Aruz və digərləri ermənilərin zaman - zaman Azərbaycan tarixinə, ərazisinə, mədəniyyətinə olan soyqırımı haqqında iştirakşılara ətraflı məlumat verdilər.
Sonda tədbir iştirakşıları 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə bağlı kitab sərgisi ilə tanış oldular.