Gündəm

Kinoteatrda YANĞIN - Təxminən min adam təxliyə olundu

29 Mart 2017 18:48

Tayvanın Taybey şəhərində kinoteatrda yanğın baş verib. Yanğınla əlaqədar təxminən 1000 adam təxliyə olunub. Yanğının kinoteatrın mətbəxində baş verdiyi bildirilib. Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işi davam etdirirlər. Xəsarət alanlar barədə məlumat verilməyib. Yanğının baş vermə səbəbləri məlum deyil, araşdırma aparılır.

Britaniya nəşri: "Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək lazımdır"

29 Mart 2017 18:45

"Azərbaycanla münasibətlərin genişləndirilməsinin və inkişaf etdirilməsinin yollarını axtarmaq lazımdır". Bu sözlər Londonun "Siti korporasiyası"nın üzvü, Avropa-Azərbaycan Cəmiyyətinin sədr müavini Edvard Lordun "Prospect" jurnalında dərc olunan məqaləsində yer alıb.

BP 2017-ci ildə "Şahdəniz" yatağından sınaq rejimində qaz nəql edəcək

29 Mart 2017 18:42

"BP şirkəti 2017-ci ilin sonunda "Şahdəniz" yatağından genişləndirlmiş Cənubi Qafqaz boru kəməri sistemi ilə sınaq rejimində qaz nəql edəcək". Bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə sabiq regional prezidenti, şirkətin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrell deyib.

Ermənistandakı seçki saxtakarlıqları İFŞA EDİLDİ

29 Mart 2017 18:40

Ermənistanda bu il martın 13-dən 24-dək olan dövrdə seçkiöncəsi seçici səslərinin satın alınması və ya rüşvət veriləcəyi ilə bağlı 45 fakt qeydə alınıb. Bu barədə "Transparency International" Antikorrupsiya Mərkəzinin proqram rəhbəri Varujan Oktanyan "2017-ci ilin seçkilərdə administrativ resurslardan sui-istifadə" monitorinqinin nəticələrini açıqlayarkən deyib.

Nəsimi rayonunda müşavirə keçirilib

29 Mart 2017 18:33

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda müşavirə keçirilmişdir. 

Əflatun Amaşov Gürcüstanda səfərdə olub

29 Mart 2017 18:30

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov martın 25-dən 28-dək Gürcüstanda səfərdə olub. “Olaylar” xəbər verir ki, səfərin ilk günündə Ə.Amaşov Kvemo Kartli qubernatoru Paata Xizanişvili ilə görüşüb.

Arvadını döyərək öldürüb

29 Mart 2017 18:26

Martın 28-də Lənkəran rayonunun Səpnəkəran kəndində yaşayan Rüfət Əliyev evində münaqişə zəminində arvadı Maygül Əliyevanı döyüb və evdən çıxıb gedib. DİN-dən “Olaylar”a verilən məlumata görə, nəticədə M.Əliyeva hadisə yerində ölüb.  Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən görülən tədbirlərlə R.Əliyev tutulub.

Azərbaycanda məlumat azadlığı yüksək səviyyədə təmin olunur

29 Mart 2017 18:24

Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. 

Milli Məclislə AŞ PA arasında əməkdaşlığın prezpektivləri müzakirə edilib

29 Mart 2017 18:22

Xəbər verildiyi kimi, Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yubiley tədbirlərində və qurumun növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olub.

Oqtay Əsədov ATƏT PA-nın prezidenti ilə görüşüb

29 Mart 2017 18:20

Milli Məclisin sədri Oqtay Əsədov Sankt-Peterburqa şəhəri çərçivəsində ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Kristine Muttonen ilə görüşüb.”Olaylar” xəbər verir ki, Azərbaycan parlamentinin Sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivlərindən danışaraq təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə, Minsk qrupunun həmsədrlərinin daim dəyişməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb. 

İranlı turistin asılmış meyiti tapıldı - İrəvanda

29 Mart 2017 18:18

Ermənistanın paytaxtı İrəvanın Ayqedzor küçəsində İran vətəndaşının cəsədi tapılıb. 30-35 yaşlı kimliyi açıqlanmayan şəxs qeyd edilmiş ünvanda icarə əsasında yaşayıb və Ermənistana turist kimi gəlib. Onu qonaq otağında kəndirlə asılmış vəziyyətdə tapıblar. İranlı turistin İrəvanda nə üçün intihar etməsi yaxud qətlə yetirilməsinin səbəbi bilinmir.

Bahar Muradova ATƏT PA-nın sədrinə məktub göndərdi

29 Mart 2017 18:12

Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova son günlər cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonenə məktubla müraciət ünvanlayıb. 

Mətbuat Şurasından çağırış

29 Mart 2017 18:10

Rusiyanın tanınmış tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov Xocalı faciəsinin soyqırımı cinayəti kimi tanınması ilə bağlı Rusiya Dövlət Dumasının üzvlərinə ünvanlanmış petisiya tərtib edib. Sənədə hazırda 5 minədək şəxs imza atıb. Ona Dövlət Dumasının reaksiya verməsi üçün ən azı 15 min imzaya ehtiyac var.

Silsilə oğurluqla məşğul olan keçmiş məhkumlar saxlanıb

29 Mart 2017 17:45

Yanvarın 26-dan martın 25-dək olan müddətdə Kəpəz şəhər ərazisindəki 1 evdən, mağazadan, çayxanadan və aptekdən, ümumilikdə 38 manat, tütün məmulatı və məişət əşyaları oğurlanıb.

Gözəllik salonundan pulqabı oğurlayan yaxalandı

29 Mart 2017 17:43

Martın 24-də  Nizami (Gəncə) şəhər ərazisindəki gözəllik salonlarından birində işçinin çantasından içərisində 2500 manat olan pulqabıoğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə pulqabını oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Günel Yılmaz tutulub. Araşdırma aparılır.