Əflatun Amaşov Gürcüstanda səfərdə olub

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov martın 25-dən 28-dək Gürcüstanda səfərdə olub. “Olaylar” xəbər verir ki, səfərin ilk günündə Ə.Amaşov Kvemo Kartli qubernatoru Paata Xizanişvili ilə görüşüb.

Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov martın 25-dən 28-dək Gürcüstanda səfərdə olub. "Olaylar" xəbər verir ki, səfərin ilk günündə Ə.Amaşov Kvemo Kartli qubernatoru Paata Xizanişvili ilə görüşüb. Görüşdə soydaşlarımızın kompakt məskunlaşdıqları bölgədə həyata keçirilən islahatlar haqqında, Borçalı türklərinin son illər Gürcüstan cəmiyyətinə inteqrasiyasından, həmçinin dost və qardaş, mehriban ölkələr olan Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafından söhbət açıb. Ə.Amaşov soydaşlarımız olan gənclərin Gürcüstanın müxtəlif ali təhsil ocaqlarında təhsil almalarının və dövlət dilini öyrənmələrinin vacibliyini vurğulayıb. Səfərin ikinci günündə Ə.Amaşov Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri ilə görüşüb. Gürcüstan parlamentinin deputatları - Ruslan Hacıyevin, Tamaz Naverianinin və Mahir Dərziyev də iştirak etdikləri görüşdə hər iki ölkə parlamentində fəaliyyət göstərən dostluq qruplarının aktiv və səmərəli fəaliyyət göstərməsi üçün yaxın vaxtlarda təkliflər paketinin işlənib hazırlanması barədə razılığa gəlinib. Deputat azərbaycanlıların kompakt yaşadığı Marneulidə yeni açılan Mərkəzi Kitabxanaya da 1048 kitab hədiyyə edib. Ə.Amaşov Gürcüstanda nəşr olunan Azərbaycandilli "Region Press" qəzetinin redaktoru Binnət Məmmədovu və ATV-nin Gürcüstan üzrə xüsusi müxbiri Nadir Almazoğlunu rəhbərlik etdiyi Azərbaycan Mətbuat Şurasının diplomları ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31