Bahar Muradova ATƏT PA-nın sədrinə məktub göndərdi
Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova son günlər cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonenə məktubla müraciət ünvanlayıb.
29 Mart 2017 18:12 SiyasətMilli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Bahar Muradova son günlər cəbhə xəttində yaranmış vəziyyətlə əlaqədar ATƏT-in Parlament Assambleyasının sədri xanım Kristin Muttonenə məktubla müraciət ünvanlayıb. Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, sənəddə Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində mövqelərini möhkəmləndirməsi, Ermənistan prezidentinin bu ərazilərdə keçirilən hərbi təlimlərdə birbaşa iştirakı və bu ölkədə keçiriləcək parlament seçkiləri öncəsi Azərbaycanın ünvanına təxribat xarakterli bəyanatlar səsləndirməsi barədə narahatlıq ifadə olunur, beynəlxalq təşkilatların bu məsələyə birmənalı münasibət bildirməsinin vacibliyi qeyd edilir.