Milli Məclislə AŞ PA arasında əməkdaşlığın prezpektivləri müzakirə edilib
Xəbər verildiyi kimi, Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yubiley tədbirlərində və qurumun növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olub.
29 Mart 2017 18:22 SosialXəbər verildiyi kimi, Milli Məclisin nümayəndə heyəti MDB PA-nın yubiley tədbirlərində və qurumun növbəti iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olub. MM-in mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt ilə görüşüb. Görüşdə Azərbaycan parlamenti ilə AŞPA arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Oqtay Əsədov Pedro Aqramuntun AŞPA-nın sədri kimi Azərbaycana səfərini xatırlayıb və onun ölkəmizin başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi barədə yaxşı məlumatının olduğunu qeyd edib. Görüşdə qeyd olunub ki, Azərbaycanın AŞPA-dakı mövqeyi getdikcə güclənir, qurumla əlaqələr genişlənir. Tərəflər qarşılıqlı maraq doğuran mövzuların müzakirə edilməsinin önəmini vurğulayaraq, Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu qeyd ediblər.