Silsilə oğurluqla məşğul olan keçmiş məhkumlar saxlanıb
Yanvarın 26-dan martın 25-dək olan müddətdə Kəpəz şəhər ərazisindəki 1 evdən, mağazadan, çayxanadan və aptekdən, ümumilikdə 38 manat, tütün məmulatı və məişət əşyaları oğurlanıb.
29 Mart 2017 17:45 KriminalYanvarın 26-dan martın 25-dək olan müddətdə Kəpəz şəhər ərazisindəki 1 evdən, mağazadan, çayxanadan və aptekdən, ümumilikdə 38 manat, tütün məmulatı və məişət əşyaları oğurlanıb. DİN-dən verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluqda şübhəli bilinən şəhər sakini Münasib Əhmədov və Mingəçevir şəhər sakini Orxan Nəsibzadə tutulublar. Araşdırma zamanı onların əvvəllər məhkum olunduğu müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31