Gündəm
Möhkəm sümüklər, sağlam ürək və qaraciyər: KÜNCÜTün inanılmaz faydaları
Küncütün vətəni Cənubi Afrikadır. Lakin bu faydalı müalicəvi bitki qədim zamanlardan bir çox Şərq ölkələrində, Hindistanda da geniş istifadə olunur. Küncüt dünyada tək mətbəxdə deyil, tibdə və kosmetologiyada da istifadə olunur.
Bu qidaları axşam 6-dan sonra yeyə bilərsiniz - KÖKƏLTMİR!
Elm adamları tərəfindən sağlamlığa faydalı olan 10 məhsul müəyyən edilib. “FederalPress” bildirir ki, dietoloqlar bu qidaların günün istənilən vaxtı yeyilməsini məsləhət görür.
Maddələr mübadiləsini sürətləndirməyin 10 QIZIL QAYDASI
Qış mövsümündə demək olar ki, hamının ortaq problemi artıq çəkdir. Bunun səbəbi isə maddələr mübadiləsinin sürətinin aşağı düşməsidir. Soyuyan havanın təsiri ilə bədən dəyişən istiliyə uyğunlaşmaq üçün öz istiliyini qorumağa çalışır. Bu səbəbdən də xərclədiyi enerjini azaltmaq üçün bədən maddələr mübadiləsi sürətini aşağı salır. Ancaq zəifləyən maddələr mübadiləsi ilə yanaşı enerji yığılır. Bu enerjinin çoxu da bədəndə yağ hüceyrələri yaradır. Qış aylarında bəlkə də fərqinə varmadan aldığımız artıq çəkinin səbəbi enerji tarazlığını təmin edə bilməməkdir. Bu məqamda hamının ağlına bu sual gəlir: Maddələr mübadiləsinin sürətini necə artırmaq olar?
ABŞ Konqresi yaxınlığında ATIŞMA
Vaşinqtonda ABŞ Konqresinin yaxınlığında atışma baş verib. Naməlum sürücü avtomobilini patrul maşınına çırpıb. Polis atəş açıb, sürücü saxlanılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
SON DƏQİQƏ: 146 nəfərlik gəmi batdı, 1 nəfər sağ qaldı
Aralıq dənizində faciə baş verib. Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandan İtaliyaya getmək üçün Aralıq dənizinə yola düşən immiqrant daşıyan gəminin batdığı bildirilir.
"Od vurub yandıracağıq" - Erməni məmuru hədələdilər
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca partiyalar, namizədlər arasında rəqabət kəskinləşir. Bu dəfə Syunik vilayətinin Xoznovar icmasında vəziyyət kritik həddə çatıb.
ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) universitetin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə məsləhətçi Ji Huanın rəhbərlik etdiyi Çin konsaltinq şirkətinin nümayəndə heyəti arasında beynəlxalq “Tianboya” təhsil sahəsində görüş keçirilib.
Musiqili Teatrın aprel repertuarı
Ən bahalı xatirə yumurtası satılacaq
Britaniyada dünyanın ən bahalı Pasxa yumurtalarından biri satışa çıxarılacaq. Medalyon kimi açılan və 18 yaratlıq ağ qızıldan hazırlanmış yumurta 910 brilyant qaşla bəzədilib. Brilyant qaşların ümumi çəkisi 60 karatdır. Daxilinə iki kiçik fotoşəklin yerləşdirilməsi üçün nəzərdə tutulmuş bu yumurtanın ilkin satış qiyməti 215 min funt-sterlinqdir. "Diamond Memories Egg"in müəllifi məşhur londonlu zərgər Martin Cefferidir.
ADU-nun prorektoru Dünyamin Yunusov vəfat edib
Azərbaycan elminə ağır itki üz verib. Azərbaycan Dillər Universitetinin Elmi işlər üzrə prorektoru Dünyamin Yunusov martın 28-də vəfat edib.
Ürək-əzələ toxuması yetişdirildi - İspanaqdan
Böyük Britaniyanın Vuster Politexnik İnstitutunun bir qrup alimi ispanaq yarpaqlarından miokard əzələ toxumasının xassələrinə yaxın olan üzvi maddə əldə ediblər. Bitkinin kapillyar toru insanın ürək-damar sistemi kimi fəaliyyət göstərir.
Həmsədrlər bəyənat yaydılar
ATƏT-in Minsk qrupunun həmsədrləri regiona son səfərləri ilə bağlı birgə bəyanat imzalayıblar. Məlumata görə, bəyanatda bildirilir ki, səfərin əsas məqsədi təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində ən son hərbi və siyasi məlumatları əldə etmək, Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaların həyata keçirilməsini və münaqişənin həlli istiqamətində gələcək addımları müzakirə etmək olub. Qeyd edək ki, həmsədrlər martın 11-də Bakıda, martın 27-də Yerevanda və martın 28-də Dağlıq Qarabağda olublar.
Azərbaycanda "körpü bank"lar yaradılacaq
Martın 29-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasda İnzibati Prosessual, Mülki Prosessual məcəllələrə dəyişikliklərlə bağlı qanun layihələrinin müzakirəsi aparılıb.
Ermənistanda siyasi məhbusların yaxınları aksiya keçirirlər
Ötən il iyulun 19-da Ermənistanda Sari Tağda baş verən hadisələrlə bağlı başladılan cinayət işi nəticəsində həbs edilən 10 siyasi məhbusun yaxınları, bu gün yenidən ölkənin Baş prokurorluğu qarşısında etiraz aksiyasına başlayıblar.














