31 mart soyqırım günü - “Ünvansız qatar”
29 Mart 2017 17:19 Teatr və kinoMart ayının 31-də saat 19.00-da Azərbaycanlıların soyqırım günü Dövlət gənc Tamaşaçılar teatrında nümayiş etdiriləcək yeni tamaşa "Ünvansız qatar" adlanır. Əməkdar İncəsənət Xadimi, istedadlı dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssam Sona Qarayeva, rejissorlar Gülnar Hacıyeva, Qasım İbrahimov, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Sona Mustafayevadır.
Yeni səhnə əsəri ata-baba yurdundan ilk olaraq didərgin düşmüş soydaşlarımızın faciəli və nisgilli həyat həqiqətlərindən bəhs edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31